Accessibility links

İtkin düşmüş alpinistlərin axtarışı davam edir


Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən (Bakıdan 190 kilometr şimal) Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə, Hüseynov Babur və Bünyatzadə Naminin axtarışı davam edir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.

XS
SM
MD
LG