Accessibility links

Alpinistlərin axtarışı davam edir


Alpinistlərin axtarışı davam edir

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - Hava və Ekstrim İdman Klubunun üzvləri itkin düşüb

Dekabrın 23-dən itkin düşən alpinistlərin axtarışlarının dekabrın 31-də də davam etdiyi bildirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin növbəti açıqlamasında deyilir.

Açıqlamya görə, axtarışda FHN-in aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi iştirak edir.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssislərinin, peşəkar alpinistlərdən ibarət könüllü dəstənin və xüsusi təlim keçmiş itlərin də axtarışlara cəlb edildiyi bildirilir.

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən (Bakıdan 190 kilometr şimal) Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə, Hüseynov Babur və Bünyatzadə Namin itkin düşüb.

FHN-in açıqlamalarına görə,alpinistlərin itkin düşməsi ilə bağlı onlara yalnız dekabrın 26-da məlumat verilib.

Nazirlik, vurğulayır ki, axtarışlar səhər saat 6-dan 17-yə kimi davam edir.

XS
SM
MD
LG