Accessibility links

Bakıda cüdo üzrə Dünya Çempionatı keçirilir


Sentyabrın 21-də Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə Dünya Çempionatının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Açılış mərasimində Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış ediblər.

Prezident İlham Əliyev isə cüdo üzrə Dünya Çempionatını açıq elan edib.

Cüdo üzrə Dünya Çempionatı bu yarışların tarixində ilk dəfə olaraq Azərbaycanda keçirilir. Çempionatın yarışlarına sentyabrın 20-də start verilib.

Yarışa 125 ölkədən 758 cüdoçunun (460 kişi, 298 qadın) qatıldığı bildirilir. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunur.

Çempionata sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG