Accessibility links

Azərbaycanda 6 taekvandoçu dopinqə görə cəzalandırılıb


Dopinq

Azərbaycanda 6 idmançıya dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, həmin taekvondoçular- Cavid Hüseynov, Samir Məhərrəmov, Yunis Məmmədzadə, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyevadır.

Adı çəkilən idmançılar12 ay müddətinə diskvalifikasiya olunub.

Agentlik bildirir ki, bu 6 idmançının cəzaları müvafiq olaraq, 4 aprel, 20 aprel, 25 aprel, 19 aprel və 19 mart 2018-ci ildən qüvvəyə minib.

Cəzalandırılan idmançılar arasında Azərbaycan yığmasının üzvləri var.

Hələlik, bu qərarlara cəzalandırılan idmançılar münasibət bildirməyib.

Agentlik bundan əvvəl də oxşar qərarlar verib. 2016-cı ilin oktyabrında Azərbaycan Milli Məclisi "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG