Fitnes monitorları getdikcə kiçilir. Professional idman klubları isə bu cihazlarla idmançıların performansını yoxlamağın faydalarını görməyə başlayır. Britaniyada futbol klubları yüngül, gödəkcələri sınaqdan keçirir. Bu gödəkcə onlarla müxtəlif parametrləri ölçə bilir.
Qərbi Bromviç Albion futbol komandasının oyunçuları arxasında qabaqcıl fitness monitoru yerləşən gödəkçələrlə məşq edirlər.
Həmin cihazın içində akselerometr, GPS, maqnitometr və hiroskop var. Bunlar vasitəsilə biz məşq zamanı idmançıların hərəkətləri ilə bağlı müxtəlif məlumatlar əldə edirik.Metyu Qrin
“Həmin cihazın içində akselerometr, GPS, maqnitometr və hiroskop var. Bunlar vasitəsilə biz məşq zamanı idmançıların hərəkətləri ilə bağlı müxtəlif məlumatlar əldə edirik”, fitnes məşqçisi Metyu Qrin deyir.
Məşq meydançasının bir kənarında yerləşdirilən laptopa göndərilən informasiyaya hər bir idmançının qət etdiyi məsafə, qaçış sürəti, neçə dəfə istiqamət dəyişdiyi, sürət artımı və azalması, eləcə də ürək döyüntüsü ilə bağlı məlumatlar daxildir. Ümumilikdə isə hər dəqiqə min fərqli məlumat qeyd olunur.
“Bu bizə məşqçilərlə məşqin gedişatı ilə bağlı müzakirlər aparmağa imkan yaradır. Məsələn, buna məşqin planlaşdırıldığı kimi irəliləyib-irəliləməməsi ilə bağlı müzakirələr daxildir. Əgər məşq istədiyimiz kimi irəliləmirsə, bəlkə də məşqlərin müddəti uzadılmalı ya da idmançıların yükü artırılmalıdır”, deyə Qrin bildirir.
Qlobal Mövqetəyinetmə sisteminin peyklərinin yerinə idmançının olduğu yer, oyun meydançasının ətrafında yerləşdirilən qəbuledici sistemlər vasitəsil müəyyən edilir.
Hələ ki, idmançılar bu cihazları yalnız məşq zamanı taxır, amma məşqçilər atletlərin onları oyun zamanı da taxmalarını nəzərdən keçirir.
“Məncə cihaz inkişaf etdirildikcə, oyunçuların onu oyun zamanı taxmaları adi bir hala çevriləcək. Hazırda bəzi klublar artıq bunu etməyə razı olar”, deyə fitnes məşqçisi Metyu Qrin bildirir.
Ən yaxşı professional idmançılar arasında fərqlər kiçik olsa da, hər oyunçu ilə bağlı real vaxta əsaslanan məlumat toplamaq məşqçilərə oyunun ən kritik anında mühüm qərarlar almalarına yardım edə bilər.