Accessibility links

Jurnalistə qarşı yeni təhlükə


İdrak Abbasov və Emin Hüseynov mətbuat konfransında
İdrak Abbasov və Emin Hüseynov mətbuat konfransında

Naməlum şəxslər üç dəfə İdrak Abbasovun avtomobilinin qapısını xəlvəti açmağa cəhd göstərib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qurumun əməkdaşı İdrak Abbasovun və onun ailə üzvlərinin təhlükəsizliyi ilə bağlı narahatdır. Bu barədə RATİ-nin direktoru Emin Hüseynov bugünkü mətbuat konfransında son faktlarla bağlı bildirib.

Xatırladaq ki, son günlər naməlum şəxslər üç dəfə İ.Abbasovun maşınını açmağa cəhd göstərib, lakin siqnalizasiya işə düşdükdən sonra qaçıblar.

İ.Abbasov birinci dəfə deyil ki, fiziki təzyiqlərə və hədələrə məruz qalır. Odur ki, RATİ rəhbəri hüquq-mühafizə orqanlarını İ.Abbasovun və onun ailə üzvlərinin təhlükəsizliyini təmin etməyə çağırıb. RATİ də öz tərəfindən bundan ötrü tədbirlər görəcək, onun evində videomüşahidə qurğusu qoyacaq.

E.Hüseynov polis əməkdaşlarının avtomobili açmaq istəyənlərin barmaq izlərini götürməməsindən təəssüfləndiyini bildirib.
İ.Abbasov bildirib ki, ən çox ailə üzvlərinə görə narahatdır. Ailə üzvləri onun üzündən bundan əvvəl də əziyyət çəkib. Belə ki, bir neçə ay əvvəl uşaq bağçasının yanında avtomobili onun uşağının üstünə sürüblər. “İstintaq bildirdi ki, günahkar uşaqdır, maşını sürücülük vəsiqəsi olmadan idarə edən şəxs isə 200 manat cərimə ilə canını qurtardı”, - İ.Abbasov vurğulayıb.

İ.Abbasov maşına narkotik maddənin və silahın atılması, sonradan isə özünün həbs olunması versiyasını istisna etməyib. Jurnalist güman edir ki, bu, aprelin 18-də SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları ilə onun arasında baş verən münaqişənin nəticəsidir.

Bu məsələ böyük beynəlxalq rezonans doğurub və hakimiyyətin tənqidinə səbəb olub. Hətta ABŞ-ın dövlət katibi Hillari Klintonun Bakıya səfəri zamanı bu məsələyə toxunulub.

“Yalnız bundan sonra istintaq məni zərərçəkən kimi tanıdı”, - İ.Abbasov vurğulayıb.
Onun məlumatına görə, SOCAR bütün yollarla işi ört-basdır etməyə çalışır, əvvəllər də onunla əlaqə qurmağa və razılığa gəlməyə can atıb. Lakin jurnalist bu təklifi rədd edib və onun avtomobilinə basqın etmək istəyiblər. Jurnalist bildirib ki, ölkəni tərk etməyə hazırlaşmır, yalnız gözlərini əməliyyat etdirmək üçün müəyyən müddətə gedəcək.

O, aprelin 18-də Sulutəpədə amansızcasına döyülməsi faktı üzrə istintaqın gedişindən razı deyil və istintaq orqanlarını məhkəməyə vermək niyyətindədir. İstintaqın 132-ci maddə üzrə (jurnalist fəaliyyətinə maneçilik törədilməsi) aparılması barədə təkidli tələblərə baxmayaraq, istintaq “xuliqanlıq” maddəsi üzrə gedir.
RATİ-nin direktoru SOCAR-ın beynəlxalq tərəfdaşlarını İ.Abbasovu döyən və daha 4 jurnalistə təzyiq göstərən şəxslərin cəzalandırılmasını şirkətdən tələb etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG