Accessibility links

Jurnalist İdrak Abbasov yenidən problemlə üzləşib


Jurnalist İdrak Abbasov
Jurnalist İdrak Abbasov

O ölkə rəsmilərini, ictimaiyyəti, diplomatik missiyaları ailəsinin və yaxınlarının həyatına gözlənilən təhlükəni aradan qaldırmağa çağırıb

Jurnalist İdrak Abbasov yenidən problemlərlə üzləşib. Bir neçə gün öncə əməliyyat olunmuş jurnalistin evinin ətrafında bir qrup şəxs çəkilişlər aparıb.

İ.Abbasov prezident İlham Əliyev, mili təhlükəsizlik naziri, baş prokuror, daxili işlər naziri, KİV redaktorları, hüquq müdafiəçiləri, jurnalist təşkilatlarının rəhbərləri, xarici ölkələrin və beynəlxalq qurumların Azərbaycanda akkreditə olunmuş missiyalarına müraciət edərək özünün, ailəsinin və yaxınlarının həyatına gözlənilən təhlükəni aradan qaldırmağa çağırıb.

“Ailəmə ölkəmizdə təhlükəsiz yaşayıb - işləməyə şərait yaratmağa yardım etməyinizi xahiş edirəm”, - o vurğulayıb.

Jurnalist bildirib ki, noyabrın 30-da Bakının Sulutəpə qəsəbəsindəki evinin yanında 90 XG 707 dövlət nömrə nişanlı, ağ rəngli JEEP markalı maşın ilə gələn şəxslər müxtəlif istiqamətdən onun evini, evə gələn və gedən yolları, tinlərin şəkillərini çəkib. Bunu təsadüfən İ.Abbasovun həyat yoldaşı Yeganə Abbasova görüb. O, çəkilişin hansı məqsədlə aparılması ilə maraqlananda həmin şəxslər qaçaraq bir qədər kənarda saxladıqları yuxarıda bəhs edilən avtomobilə minərək ərazidən uzaqlaşıblar. Bununla yanaşı, jurnalistin Sulutəpə qəsəbəsində atasına məxsus evin ətrafında da analoji hadisə qeydə alınıb.

İ.Abbasov hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.

“Düşünürəm ki, mənə və yaxınlarıma qarşı hansısa aktı həyata keçirməyi planlaşdırırlar”, - o qeyd edib.

İ.Abbasov Amerikanın Səsi radiosuna bildirib ki, təhlükə sovuşmayıb: “Mən ailə üzvlərimdən, valideynlərimdən və qardaşlarımın ailəsindən çox narahatam. Özüm xəstəyəm, evdə yataq rejimindəyəm. Həyat yoldaşım uşaqları məktəbdən və bağçadan evə gətirir, onları bayıra buraxmırıq. Yenə hansısa təxribat hazırlayıblar. Ailə üzvlərim qorxu içərisindədir”.

Onun fikrincə, ailəsinə və özünə qarşı yeni təxribat planı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin BBC-yə müsahibəsindən sonra başlayıb.

“O, mənimlə bağlı faktlara malik olduğunu bildirib. Mən ona cavab verdim. Məhz mənim cavabımdan sonra ailəmə qarşı münasibət kəskinləşib”, - o qeyd edib.

Jurnalist böhtan və şantaja görə yaxın günlərdə ARDNŞ-nin prezidentini məhkəməyə vermək niyyətindədir.

“Hazırda vəkilim Xalid Bağırov iddia ərizəsini hazırlayır”, o qeyd edib.

Bu il aprelin 18-də Sulutəpə qəsəbəsində aparılan söküntüdə baş vermiş insident zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalist İdrak Abbasov ARDNŞ-in təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülüb. Nəticədə jurnalist kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ göz orbitasının əzilməsi və qançırları, sağ göz qapağının əzilib cırılmış yarası, sol tərəfdə 10-11-ci qabırğaların sınığı, bel-kürək nahiyəsi yumşaq toxumaların əzilməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzdə malicə kursu keçib.

Jurnalist apreldə aldığı xəsarətlərinin nəticələrinin bir qismimi aradan qaldırmaq üçün bu günlərdə yenidən cərrahi əməliyyat olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG