Co Çunun “Crazy Rich Asians” – “İfrat Zəngin Asiyalılar” romantik filmində dəbdəbəli görüntülər və gözəl insanlar nümayiş etdirilir. Ekzotik və ultra-modern Sinqapurun fonunda tamaşaçıya müasir bir nağıl təqdim olunur. Lakin bu filmi Hollivud filmindən fərqləndirən bütün aktyorların asiyalı olmasıdır.
Bu gənc cütlük Sinqapura yola düşür. Lakin Nyu-York Universitetinin iqtisadiyyat üzrə professoru Reyçel sevgilisinin, aktyor Henri Qoldinqin ifa etdiyi Nik Yanqın ölkədə ən varlı bir ailənin oğlu olduğunu bilmir. Sinqapura gəlməzdən əvvəl onun şəkli sosial mediada paylanır, buraya gəldikdən sonra isə o, Niklə evlənmək istəyən bir çox qadının hədəfinə çevrilir.
Nikin anası, aktrisa Mişel Yehin ifa etdiyi Eleanor Yanq da öz növbəsində Amerikada doğulmuş, aktrisa Konstans Vunun oynadığı Reyçeli oğluna yaraşdırmır. O, gənc qadının azad və müstəqil olması kimi Amerika dəyərlərinin Sinqapurun ənənəvi dəyərlərinə zidd olduğunu düşünür.
Reyçel və Nik arasındakı münasibətlər Asiyanın bu ekzotik və gözəl mətbəxi ilə məşhur olan adasında cərəyan edir. Filmdəki gülməli, cazibədar və ciddi, bahalı geyimli, həddən artıq varlı xarakterlər görmək mümkündür və onların hamısı asiyalıdır. Aktrisa Konstans Vu: “Asiyalıların Avstraliyadan, İngiltərədən, Kosta-Rikadan, Amerikadan, Sinqapurdan, Malayziyadan, dünyanın hər yerindən olması mənim xoşuma gəlir.”
Konstans Vu deyir ki, bu film Amerikada yaşayan asiyalıların hüquqları pozulan azlıq olmaları barədə formalaşmış imici dəyişir. “Hollivud düşünür ki, asiyalılar monolit kimidirlər. Yəni Asiya asiyalıları ilə Amerika asiyalıları arasında, ya da Britaniya asiyalıları, Avstraliya asiyalıları arasında fərq yoxdur. Budur fərq, mədəniyyət fərqi.”
Film mesajını çatdıra bildi və bu filmə sərf olunan vəsait özünü doğrultdu. Gəlirli filmlərdən olan bu, yalnız asiyalı aktyorların oynadığı filmin Hollivudda özünə yer edəcəyinə ümid edilir.
Yüksək təbəqədən olan Fiona Çenq rolunu oynayan aktrisa Viktoriya Çenq filmin nailiyyətindən danışır. “Film çəkilərkən biz bu qədər diqqət cəlb edəcəyini düşünməmişdik. Bir çox Amerika asiyalıları hər kəsə, aktyorlara, filmin rejissoru və direktoruna ayrı-ayrılıqda təşəkkür edir.”
Böyük müvəffəqiyyət qazanmasına baxmayaraq, Viktoriya Lok filmin tənqidlərlə üzləşdiyini də deyir. “Söhbət “İfrat Zəngin Asiyalılar”-dan gedir. Yəni burada kiçik bir icmadan bəhs edilir. Əlbəttə, burada bütün asiyalılardan danışılmadığı üçün tənqidlər də olacaq.”
Tənqid yaxud da tənqidsiz, fakt budur ki, flm Asiya və ABŞ boyu blokbasterə çevrilib.