24 yaşlı müğənni instaqram səhifəsində həyatındakı yenilik haqda şəkil yerləşdirib.
İqqi 2013-cü ildən bəri Laker basketbol komandasının oyunçusu Nik Yanqla görüşürdü. İqqi sarı brilliyantlı üzüyünün şəklini bölüşüb. Altında da “Ən Xoşbəxt Gün, mən Hə dedim” sözlərini yazıb.
Üzük sadə üzük deyil. Nik 10 karatlıq brilliant üzüyü xüsusi olaraq Beverli Hillsdə zərgərə düzlətdirib.
İqqinin nişanlısı Instagram veb səhifəsində şəkil bölüşərək “O, Hə dedi. Vəssalam indi mən evlənirəm!” sözlərini yazıb.
Evlilik təklifi Nik Yanq 30 yaşını qeyd etdikdən bir neçə saat sonra edib. İqqinin isə bir neçə gündən sonra 25 yaşı olacaq.
Subaylar üçün olsun.