Accessibility links

Müharibənin ildönümündə Almaniya, Avropa üçün dərslər [Video]


Müharibənin ildönümündə Almaniya, Avropa üçün dərslər
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Le président Obama est au téléphone avec le Premier ministre David Cameron, à la Maison Blanche, Washington DC, le 13 février 2012.

Bu həftə İkinci Dünya Müharibəsinin 70-ci ildönümü qeyd olunacaq

Bu həftə müharibədə məğlub olan Almaniya istisna olmaqla bütün Avropa ölkələri İkinci Dünya müharibəsinin bitməsinin 70-ci ildönümünü qeyd edəcəklər.

Mərkəzi Berlində Nasistlərin qətlə yetirdiyi altı milyon yəhudiyə həsr olunmuş böyük xatirə abidəsi yerləşir. Abidə 10 il əvvəl mübahisələrin hələ də davam etdiyi bir dövrdə inşa edilib. 200 metr aralıda ağacların arxasında isə bir bunker yerləşir. Adolf Hitler müharibəni oradan yönəldib və hətta onun orada intihar etdiyi də ehtimal olunur.

Bu baş verməsəydi nələrin olacağını bilə bilmərik. Bəlkədə Almaniyada, Fransada, və ya bütövlükdə Avropada başqa bir dünya yaranacaqdı

Bu avtoparkın altında artıq heç nə olmasa da britaniyalı Tina kimi ziyarətçilər üçün bura bir ibrət dərsidir.

“Hətta bu gün, bizim ölkəmizdə ekstremist qruplar peyda olunur. Mən isə düşünürəm ki, əgər adi insanlar heç nə etməsələr, tarixin təkrarlanmaq ehtimalı var.”

Bu mesaj bir aralar bir neçə hissəyə bölünən bu şəhərin fərqli yerlərində video və foto sərgisi vasitəsilə berlinlilərə çatdırılır.

Byoren Uaygel sərginin kuratorudur.

“Bu hadisə 70 il əvvəl baş verib. Amma dünyanın, hətta Avropanın digər hissələrində bu cür hadisələr davam edir.”

Berlini ziyarət edən avropalılar bu hadisəni unutmayıblar. Onlar bilirlər ki, 1945-ci ilin may ayında qitədəki problemlərə son qoyulmadı.

“Biz, polşalılar üçün, bu gün ölkəmizin məhvinə son qoyuldu. Amma biz daha sonra Sovet tərəfindən idarə olunduq, ona görə də bu gün bizim üçün böyük əhəmiyyət kəsb etmir. Amma yenə də biz bunu qeyd edirik,” deyə Polşalı tələbə bildirir.

“Bu baş verməsəydi nələrin olacağını bilə bilmərik. Bəlkədə Almaniyada, Fransada, və ya bütövlükdə Avropada başqa bir dünya yaranacaqdı,” deyə fransız müəllim bildirir.

“Biz almanlar bu günü unudmayacağıq, unudula bilmərik,” deyə Gerd Appenzeller bildirir.

Gerd Appenzeller Berlinin Taggespiegel qəzetinin redaksiya heyətinin üzvü və keçmiş naşiridir. O narahatdır ki, Almaniyanı müdafiə edən və birləşdirən müharibə sonrası alyanslar dəyişir. Rusiya daha aqressivləşir, yeni nəsil almanlar isə sülhün asanlıqla əldə olunduğunu zənn edirlər.

“Böyük əksəriyyət azadlığa alışıb. Onlar bu azadlığın hər bir an təhlükə altında olduğunu düşünmürlər. Amerika dəyişir, beynəlxalq münasibətlər dəyişir, ona görə də almanlar və avropalılar birləşməlidirlər ki, Birləşmiş Ştatların müvafiq tərəfdaşı olaraq qalsınlar,” deyə o, bildirir.

Berlindəki yeni ABŞ səfirliyi Almaniyanın milli simvolu, bir zamanlar isə Şərq-Qərb bölgüsünün nişanəsi olan Brandenburq Qapısının yanında yerləşərək, bu tərəfdaşlığın altına xətt çəkir.

XS
SM
MD
LG