Accessibility links

İlham Əliyev iftar mərasiminə qatılıb


Allahşükür Paşazadə və İlham Əliyev
Allahşükür Paşazadə və İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsi mərasimində iştirak edib.

Bu haqda xəbəri president.az saytı yayıb.

"Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur"-deyə prezident İlham Əliyev bildirib.

O deyib ki, «biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir».
İlham Əliyev milli mənəvi dəyərlər hər şeydən üstün olduğunu, gənclərin kənar təsirlərdən qorunmasının vacib olduğunu bildirib.

Prezident Birinci Avropa Oyunlarının gedişində 20 mindən çox gəncin könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını da vurğulayıb. Öz adından və «Bakı-2015» birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından onlara təşəkkürnamə verildiyini bildirib.

İlham Əliyev çıxışında deyib ki, «Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz».

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG