Mayın 20-də Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər edib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Ərəb-İslam-Amerika Sammitində iştirak edəcək.
Sammit mayın 21-də Ər-Riyad şəhərində başlayacağı bildirilir.
Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı, Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderlərinin sammitə dəvət olunduğu açıqlanıb.
Sammitdə ABŞ prezidenti Donald Trump da iştirak edir. ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərinin ikinci günü Ər-Riyadda ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində nitq söyləyib.