Accessibility links

İlham Əliyev Səudiyyə Ərəbistanında səfərdədir


Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud
Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud

Aprelin 5-də prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident Əliyev və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub.

Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud
Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud

Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes daiərələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.

Prezidenti İlham Əliyev hımçinin Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assafla görüşdə iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan olduğu bildirilib. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşündəisə dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib.

XS
SM
MD
LG