Accessibility links

İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb


İlham Əliyev və Federika Mogerini
İlham Əliyev və Federika Mogerini

Mayın 16-da Avstriyada işgüzar səfərdə olan prezident İlham Əliyev Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

AZƏRTAG agentliyinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulanıb, bu il aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edilib.

Vyanada bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.

XS
SM
MD
LG