Accessibility links

İlham Şaban: “Cənub Qaz Dəhlizi”nin inşası regionda iqtisadi-ticarət əlaqələrinin çiçəklənməsinə yol açacaq [Video-müsahibə]


İlham Şaban: “Cənub Qaz Dəhlizi”nin inşası regionda iqtisadi-ticarət əlaqələrinin çiçəklənməsinə yol açacaq
please wait

No media source currently available

0:00 0:06:10 0:00

İlham Şaban: “Cənub Qaz Dəhlizi”nin inşası regionda iqtisadi-ticarət əlaqələrinin çiçəklənməsinə yol açacaq

Neft Araşdırmaları Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində “Cənub Qaz Dəhlizi”nin regiona gətirəcəyi uğurlar və təhlükələrdən danışıb.

“Xəzər qapalı hövzədir. Bu baxımdan Xəzər qazının böyük bazarlara çıxışında “Cənub Qaz Dəhlizi” mühüm rol oynayacaq”, o qeyd edib.

Ekspertin fikrincə yaxın 60 və daha çox illərdə Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsi ilə stabil olaraq dünyanın ən böyük qaz bazarı olan Avropaya çıxış əldə edəcək.

Onun sözlərinə görə Azərbaycan ilkin olaraq dəhliz vasitəsi ilə 10 milyard kub metr qaz göndərəcək. “Proqnozlar özünü doğruldarsa 2026-cı ildən sonra Azərbaycan Avropa bazarlarına ildə 25 milyard kub metrdən çox qaz çıxara biləcək. Bu həcm həmin dövr üçün Avropa bazarında qaza tələbatın 3-4 faizi edir. Ancaq bu həcm Rusiya qazından tam asılı olan Avropanın 6 dövlətində 50 faizədək diversifikasiya yaradacaq”.

İ.Şaban hesab edir ki, “Cənub Qaz Dəhlizi”nin inşası Nabucco üçün perspektivlər aça bilər.

O həmçinin Türkmənistan və Qazaxıstan qazının yeni inşa ediləcək dəhlizə qoşulması imkanlarının olduğunu da istisna etmir.

Ekspert “Cənub Qaz Dəhlizi”nin inşasının regionda iqtisadi-ticarət əlaqələrinin çiçəklənməsinə yol açacağını deyib. “Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə verdiyi töhfələr buna parlaq nümunədir. Yeni layihədə artıq 3 yox, yeddi ölkə əməkdaşlıq edəcək. Sadəcə dəhlizin tikintisində 30 min adam çalışacaq”, o qeyd edib.

XS
SM
MD
LG