Accessibility links

İlhan Tanır: Türkiyədə jurnalistika və mətbuat üçün tarixin ən pis dönəmi yaşanır


İlhan Tanırla müsahibə
please wait

No media source currently available

0:00 0:21:10 0:00

İlhan Tanırla müsahibə

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra rekord sayda jurnalist həbs edilib. Jurnalistləri Müdafiə komitəsinin bildirdiyinə görə, Türkiyə hökumətinin iyul ayında dövlət çevrilişinə cəhdin ardınca jurnalistləri həbs etməsindən sonra ölkədə həbsdə olan jurnalistlərin sayı 2015-ci ildə 199-dan 259-a çatıb. Türkiyədə 81 jurnalist komitəsinin bu günlərdə açıqladığı hesabata əsasən dövlətə qarşı fəaliyyət göstərməkdə ittiham olunurlar. Jurnalist ilhan Tanır Amerikanın Səsinin “Amerika icmalı” proqramında Türkiyədə mətbuatın durumu, həbs edilmiş jurnalistlər və hökumətin çevriliş cəhdindən sonra təqiblərindən danışıb.

İlhan Tanırın sözlərinə görə, Jurnalistləri Müdafiə Komitəsinin hesabatında 81 jurnalistin həbsdə olduğu göstərilsə də, bəzi mənbələrdə bu rəqəmin 150-yə çatdığı qeyd edilir. O bildirib ki, hər gün həbs edilən jurnalistlər sıyahısına yeni adlar əlavə edilir. “Onların həbsi haqda xəbərlər bəzən Türkiyənin gündəmində yer almır və bəzən onlar həftələrlə həbsdə qalır. Çünki bilirsiniz ki, indi Türkiyədə fövqəladə vəziyyət mövcuddur və bu vəziyyətdə 30 gün ərzində jurnalistlər heç bir ittiham irəli sürülmədən içəridə qala bilir. Türkiyədə jurnalistika və mətbuat üçün tarixin ən pis dönəmi yaşanır.”

Təxminən 30-40 min nəfər həbsə alındı. İndi fikrimcə, onların sayı təxminən 120 min nəfər oloan insan işdən azad edildi. Bu insanların ailələrini də götürsək, təxminən yarım milyon insandan söhbət gedir.

İyul ayında dövlət çevrilişi cəhdindən sonra 100 mindən çox işdən çıxarılıb, dövlət çevrilişində əli olmaqda şübhələr əsasında 30 mindən çox adam həbs edilib. İlhan Tanır bunun cəmiyyətdə doruğrduğu reakiyalardan danışıb. “Həqitətən də 100 mindən çox insana bunun birbaşa təsiri oldu. Təxminən 30-40 min nəfər həbsə alındı. İndi fikrimcə, onların sayı təxminən 120 min nəfər oloan insan işdən azad edildi. Bu insanların ailələrini də götürsək, təxminən yarım milyon insandan söhbət gedir. Dövlət sektorunda işdən çıxarıldıqdan sonra bu insanların özəl sektorda işə götürülməsi alınmır. Çünki bu insanların çevriliş cəhdi ilə əlaqəsi olub-olmadığı ilə bağlı qorxular var. 130 min insanın çevriliş cəhdində əli olması mümkün deyil. Çünki çevriliş cəhdi haqda Türkiyənin kəşfiyyatı belə məlumata malik deyildi, demək, çox kiçik bir qrup çevrilişə cəhd göstərmişdi.”

İlhan Tanır bildirib ki, dövlət çevrilişinə cəhdlə yanaşı, hökumətin “Gülən terror təşkilatı” adlandırdığı Gülənə yaxın insanların həbsə alındığı bir şəraitin mövcud olduğunu deyib. O , minlərlə insanın həbs edilib, işdən çıxarıldığı belə bir şəraitdə iqtisadiyyatın zəiflədiyini qeyd edib. Jurnalistin sözlərinə görə, dövlət çevrilişinə cəhddən sonra ölkədə təqiblər Türkiyədə iqtisadiyyat, sabitlik və təhlükəsizliklə bağlı duruma və ictimai-sosial həyata öz təsirini göstərib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG