Accessibility links

ABŞ-da Müstəqillik Günü paradında ölümcül hücumda əli olmaqda şübhələnilən şəxs həbs edilib


ABŞ-ın orta qərbindəki İllinoys ştatının polisi bazar ertəsi Müstəqillik Günü paradında ölümcül hücumda əli olan "maraq doğuran şəxs" adlandırdıqları bir şəxsi saxlayıb.

İyirmi iki yaşlı Robert E. Krimo III (Üçüncü) Çikaqo şəhəri yaxınlığında, zənginlərin yaşadığı Highland parkın yaxınlığında qısa avtomobil təqibindən bir neçə saat sonra nəzarətə alınıb. Silahlı şəxsin bir binanın damından parad iştirakçılarına atəş açması nəticəsində 6 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Polis 5 nəfərin hadisə yerində, bir nəfərin isə yaxınlıqdakı xəstəxanada dünyasını dəyişdiyini bildirib. Meksika Xarici İşlər Nazirliyi ölənlərdən birinin Meksika vətəndaşı olduğunu bəyan edib.

Highland park xəstəxanasının həkimi deyib ki, xəstəxanaya 8 yaşla 85 yaş arasında paradda yaralanan 26 nəfər qəbul edilib.

Mobil telefonla çəkilmiş videoda sürətli atəş səsləri yaxınlaşdıqca çaxnaşma içərisində hadisə yerindən insanların qaçdığı görüntülər müşahidə edilir.

Robert E. Krimo III (Üçüncü)
Robert E. Krimo III (Üçüncü)

ABŞ prezidenti Co Bayden açıqladığı bəyanatda onun və həyat yoldaşı, birinci xanım Cill Baydenin "Müstəqillik Günündə Amerika ictimaiyyətini yenidən kədərləndirən mənasız silah zorakılığını şok" kimi qarşıladıqlarını bildirib.

Highland parkda atışma prezident Baydenin Konqres tərəfindən silah zorakılığına dair onilliklər ərzində qəbul edilmiş ilk böyük federal qanun layihəsini imzalamasından bir həftədən bir qədər artıq vaxtın keçməsindən sonraya təsadüf edir.

Hər iki partiyanın kompromis qanun layihəsi may ayında Nyu-York ştatının Baffalo şəhərində qara məhəllədə bir ərzaq mağazasında 10 nəfərin ölümü ilə nəticələnən hücum və Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 19 şagird və iki müəllimin həlak olduğu hücum da daxil olmaqla, iki kütləvi atışmadan sonra qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG