Accessibility links

Avropa Parlamentinin məruzəçisi İlqar Məmmədovla görüşüb


Aprelin 28-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolai hazırda həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb. Görüş İlqar Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

Bu barədə partiyadan açıqlama yayılıb.

"Görüşlə bağlı İlqar Məmmədov onlara bunu deyib: Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi", partiyanın məlumatında İlqar Məmmədova istinadən bildirilir.

Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai ötən həftə Azərbaycanda bir sıra rəsmilərlə görüşüb.

O, aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla bir araya gəlib. Görüşlərdə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri müzakirə edilib.

Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Bundan sonra, AİHM-in AŞNK-a, Azərbaycan hökumətinə və həbsdə olan İlqar Məmmədova məktub göndərdiyi açıqlanıb. Onda məsələ ilə bağlı tərəflərə bu il martın 1-nə kimi öz yekun rəylərini çatdırmaqdan ötrü vaxt verildiyi bildirilirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG