Accessibility links

İlqar Məmmədov həbsxanada təzyiqlərə məruz qaldığını bildirir (yenilənib)


İlqar Məmmədov
İlqar Məmmədov

Son məlumatlara görə, avqustun 14-də saat 17 radələrində İlqar Məmmədov cərimə kameriasına salınıb.

Xəbəri Məmmədovun vəkili Fuad Ağayev Amerikanın Səsinə təsdiq edib.

“Ehtimal var ki, İlqar Məmmədov mediada yayılan bəyanatı ilə əlaqədar cərimə kamerasına salınıb”, o qeyd edib.

***

Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədov saxlandığı 2 saylı cəzaçəkmə müəssissəimndə təzyiqlərə məruz qalması ilə bağlı bəyanat yayıb.

O, həbsdə olduğu 2 il yarımdan çox müddətdə Penitensiar Xidmət əməkdaşlarının səlahiyyətlərini aşdıqlarını bildirir. Xidmət əməkdaşları hər hansı əsas gətirmədən İ.Məmmədovu dəfələrlə “prezidentin adından və onun tapşırığı ilə” hədələyiblər. Hədənin məzmunu əfv ərizəsi yazmadığı halda həbsdən sağ-salamat çıxmayacağı formasında olub. İ.Məmmədov yaydığı bəyanatda bu hədəni xususilə polkovnik İmran Tağızadənin səsləndirdiyini vurğulayır. İ.Məmmədov bu haqda il yarım əvvəl məhkəmədəki son sözündə açıqlama verdiyini xatırladır.

“Avropa Məhkəməsi müəyyən edib ki, məni həbs edərkən hakimiyyətin əsl məqsədi siyasi faəliyyətimə son qoymaq, susdurmaq olub”, Məmmədov qeyd edib. O bu amilləri nəzərə alaraq Penitensiar Xidmətin hazırda həbsxanada bütün dustaqları keçirdiyi rentgen yoxlamasında iştirakdan imtina etdiyini nəzərə çatdırır.

Rentgen şüalanmasını təhlükəli sayan REAL sədri pis niyyətlə istifadə edildikdə sağlamlığa təhlükə yaratdığını deyir.

Bundan öncə belə bir yoxlamadan imtina etdikdə heç bir problem yaşamadığını deyən siyasətçi imtina səbəbilə avqustun 14-də rəis müavini vəzifəsini icra edən Emin Həsənovun otağına çağırılıb. E.Həsənov İ.Məmmədovu rus dilində ən təhqiramiz ifadələrlə təhqir edib, bərk döydürməklə hədələyib. “Avropaya satılmış, sən şükür eləməlisən ki, səni vətən xaini kimi həbs etməyiblər”, E.Həsənov İ.Məmmədovu vətənə xəyanətdə ittiham edib.

İ.Məmmədov təhdiddən doğan potensial risk qarşısında E.Həsənova etibarlı beynəlxalq ekspertlərin iştirakı ilə rentgen müayinəsindən keçməyə hazır olduğunu söyləyib. E. Həsənovsa İ.Məmmədova dustaqları əleyhinə qaldıracağı barədə hədə-qorxu gəlib.

Təhdidin gücləndiyini, bu təhdidin tək özü üçün yox, digər dustaqlar üçün də problem yaradacağını nəzərə alan İ.Məmmədov yaxşı tanıdığı bir neçə dustağın nəzarəti ilə müayinədən keçməyə hazı olduğunu deyib. Verdiyi təklifə cavab almayan İ.Məmmədov həbsxana rəhbərliyi tərəfindən son görüşdə də ünvanına təhdidlər eşidib, telefondan istifadə hüququ məhdudlaşdırılıb.

Sağlamlığı və təhlükəsizliyilə bağlı məsuliyyətin hökumətin üzərində olduğunu vurğulayan İ.Məmmədov bütün beynəlxalq və yerli qurumları təhlükəsizliyi ilə bağlı məsələni diqqətdə saxlamağa çağırır.

Penitensiar Xidmət İlqar Məmmədovun bəyayantı və cərimə kamerasına salınması ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG