Accessibility links

İlqar Safat: Səmimi film mütləq öz tamaşaçısını tapacaq [Video müsahibə]


Rejissor İlqar Safatla müsahibə
please wait

No media source currently available

0:00 0:05:07 0:00

Rejissor İlqar Safatla müsahibə

Rejissor İlqar Safatın “İçəri şəhər” filmi bu yaxınlarda Hyuston şəhərində keçirilmiş “Worldfest Houston” beynəlxalq kino festivalında “Qızıl Remi” mükafatına layiq görülüb. Filmdə baş rollardan birinə çəkilmiş aktisa Təhminə Rafaella (Cəbrayıl) da ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında mükafata layiq görülüb. Rejissor İlqar Safat Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə filmin uğurundan danışıb.

İçəri şəhər-Sevgi labirinti

İlqar Safat: Məni həmişə qadın və kişi arasında münasibətlərin psixologiyasına bu və ya digər şəkildə toxunan filmlər maraqlandırıb. “Sahə” filmini götürsək, onun da əsasında mistik fəlsəfi baxışlar dursa da, o əslində “love story”-sevgi hekayəsidir. Buna görə də Təhminə mənə ssenarini göstərəndə mən onu bəyəndim. Bu hekayənin ruhunu hiss etdim. Personajların xarakterlərini hiss edə bildim. Bundan sonra isə ssenarinin üzərində bir az da işlədik. Və mən böyük məmmuniyyətlə bu layihəyə və filmin çəkilişinə başladım.

Sosial mövzular

İlqar Safatın bundan öncə çəkdiyi “Sahə” filmi də bir neçə beynəlxalq festivalda nümayiş etdirilib uğur qazanmışdı. Filmin Hyuston beynəlxalq kino-festivalında böyük uğur qazanması gözlənilən idimi?

İlqar Safat: Həmişə ümid edirsən ki, çəkdiyin film çox sayda insan üçün maraqlı olacaq. Çünki sizi narahat edən, filmdə toxunduğunuz psixoloji və sosial problemlərin insanların çoxu üçün maraqlı görünəcəyinə ümid edirsiniz. Mənə elə gəlir ki, insanlar belə filmləri gözləyir. Buna görə də uğur qazananda, insanlar filmə baxanda, onu qəbul edəndə bu adamı çox sevindirir. Amma təbii ki, təkcə bunun üçün işləmirsiniz. Yəqin ki daha çox hansısa ideya, hansısa obrazlar sizi özünə çəkirsə, siz film vasitəsilə özünüzü ifadə etmək, öz dünyanızı yaratmaq istəyirsiniz.

Qarabağ veteranı

Filmin əsas qəhrəmanlarından biri Qarabağ müharibəsi veteranıdır. Müharibədən sonra veteranların həyata uyğunlaşması, cəmiyyətə inteqrasiyası təkcə Azərbaycan deyil, Amerika Birləşmiş Ştatlarında geniş müzakirə olunan məsələdir. Film bu mövzuya diqqəti artıra biləcəkmi?

İlqar Safat: Mən ümid edirəm ki, bu film Qarabağ müharibəsi veteranlarına diqqətin artmasına səbəb olacaq. Bizim bu filmdə yaratdığımız və Firdovsi Atakişiyevin olduqca çox gözəl ifa etdiyi obraz incə ruhlu ziyalı obarzıdır. O bu qorxunc müharibədə iştirak edib, orada psixoloji travma alır və uzun müddət özünün qəribə, qorxulu və qapalı aləminə qapılır. Onu buradan filmdə Təhminə Rafaellanın ifa etdiyi qəhrəmanı çıxarıb, demək ola xilas edir. Buna görə mən ümid edirəm ki, film maraqlı olacaq. İndiyə qədər filmin nümayişləri məndə bu inamı yaradır.

Gələcək planlar, yeni filmlər

İlqar Safat: Son illər mən dörd ssenari yazmışam. Hələlik bütün planları açıqlamaq istəmirəm. Son zamanlar mən daha çox teatrda işləyirəm. Burada bir neçə tamaşa qoymuşam. Kinoya gəldikdə müəyyən planlar var, amma bununla ilə bağlı planları hələlik açıqlamaq istəmirəm, çünki kinematoqrafiyada vəziyyət o qədər də sadə deyil. Hələlik hər şey qeyri-sabitdir.

Azərbaycan kinosu

İlqar Safatın filmlərinin beynəlxalq səviyyədə uğuru Azərbaycanda kinematoqrafiya sahəsində son illərin müvəffəq layihələri kimi qarşılanır. Rejissor çəkdiyi filmlərin yerli tamaşaçı auditoriyasında da maraqla qarşılandığına inandığını deyir.

İlqar Safat: Filmin beynəlxalq festivallarda nümayişi bizim üçün çox böyük uğurdur. Biz öz ölkəmizi təmsil edirik. Fikrimcə, bu, müəyyən dərəcədə Azərbaycanın özündə də kinematoqrafiyanın inkişafına bir stimul verir. Biz təkcə öz ölkəmizi xarici tamaşaçı qarşısında təmsil etmirik. Mənə elə gəlir ki, bizim filmlər bizim öz tamaşaçılarımız üçün də olduqca maraqlıdır. Buna görə də nəyi isə səmimi edirsinizsə bu, həmişə öz tamaşaçasını tapacaq.

XS
SM
MD
LG