Accessibility links

[yenilənir-4] İlqar Nəsibova hücum edənlərdən biri saxlanıb [Audio - Fotolar]


İlqar Nəsibov
İlqar Nəsibov

Amma Fərid hücum edənlərdən yalnız biridir

İlqar Nəsibovu evindən çağıran və sonra ona hücum edənlərdən biri polis tərəfindən saxlanıb. Bu İlqar Nəsibovun tanıdığı Fərid adlı şəxsdir. Bu barədə Amerikanın Səsinə Məlahət Nəsibova bildirib.

Hüquq müdafiəçisinin dediyinə görə ona ilk zərbəni də küt alətlə o endirib. Amma hicumçular çox olub.

***

Avqustun 22-i saat 9.00-a olan məlumata görə İlqar Nəsibovun durumu ağır olaraq qalır. O xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədir. Bu gün həkimlər yenidən təkrar müayinə keçirib, müalicə üçün məsləhətləşmə aparacaq. Güclü beyin silkələnməsi olduğundan həkim çox danışmağa icazə vermir.

"O hücumçulardan birini tanıyıb, Fərid adlı oğlandır. Bizim ofisə gəlib-gedirdi. İlqar deyib ki, onun əlində beşbarmağa oxşar dəmir parçası olub. İlqara məhz Fərid zəng edib ofisə çağırıb", Məlahət Nəsibova Amerikanın Səsinə bildirib.

​Onun sözlərinə görə, prokurorluq və polis ilkin sorğular aparıb, ofisə baxş keçirib. "Mən onlara da bildirmişəm ki, yerli Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirəm", o qeyd edib.

Ilqar Nəsibov
Ilqar Nəsibov

Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi hələ Məlahət Nəsibovanın iddiasına münasibət bildirməyib.

***

"İlqarı arxadan bərk küt alətlə vurublar"

İndiki anlarda İlqar Nəsibov reanimasiyaya köçürülüb. Həkim nəzarətindədir.

Məlahət Nəsibova Amerikanın Səsinə bildirib ki, sabah yenidən təkrar müayinə olacaq. "Həkimlər beyin nahiyəsinə və daxili qanaxmadan şübhələnir. İlqar özü başa sala bilib ki, onu gözlənilmədən arxadan bərk küt alətlə vurublar. Bundan sonra nə baş verdiyini xatırlamır", o qeyd edib.

Həkimlər üz nahiyəsində qanaxmanın qarşısını alamq üçün sağ və sol qaşlarının altına, çənə, burun nahiyələrinə tikişlər qoyublar.

***

Hazırda İlqar Nəsibovu cərrah müayinədən keçirir. Cərrahın ilkin rəyinə və tomoqrafiyanın nəticələrinə görə İ.Nəsibova başının arxa nahiyyəsindən və kürəyindən dəfələrlə sərt cisimlə zərbələr endirilib.

***

Ilqar Nəsibov
Ilqar Nəsibov

"İlqarın üzü tamamən tanınmaz haldadır" [Audio]

Avqustun 22-də axşamdan xeyli keçmiş bir qrup naməlum şəxs Naxçıvanda Qeyri Hökumət Təşkilatlarının və Demokratiyanın İnkişaf Mərkəzinə hücum edib.

Hücum edən şəxslər mərkəzin əməkdaşı İlqar Nəsibovu qəddarcasına döyüb və ofisi dağıdıb.

Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova Amerikanın Səsinə bildirib ki, naməlum şəxslər İlqarı guya problemləri barədə müraciət edəcəkləri adı ilə mərkəzə dəvət edib.

please wait

No media source currently available

0:00 0:02:33 0:00
Direct link

“İlqar mərkəzə çatan kimi ona hücum ediblər. O çoxlu çoxlu qan itirib və huşsuz vəziyyətdədir, çoxsaylı xəsarətlər yetirilib”, o bildirib.

M.Nəsibovanın sözlərinə görə İ.Nəsibov hazırda xəstəxanadadır. “Onun baş və sifət nahiyyəsinə çoxsaylı tikişlər qoyulub. Bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. İndiki anda baş nahiyəsini müayinədən keçirirlər. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var. Gözü görmür. Həkimlər sabah təkrar müayinədən keçirəcək. İndi cərrah çağırıblar”.

Hücumun səbəbi bəlli deyil. Amma böyük ehtimalla söyləmək olar ki, bu hadisə Azərbaycanda son dövr vətəndaş cəmiyyətinə başlanılan repressiv kampaniyanın tərkib hissəsidir.

M.Nəsibovanın sözlərinə görə prokurorluq və polis orqanları araşdırmaya başlayıb.

Resurs mərkəzi Naxçıvanda yeganə müstəqil QHT-dir.

Məlahət və İlqar Nəsibovlar dəfələrlə hədələrə və fiziki təzyiqlərə məruz qalıblar.

XS
SM
MD
LG