Şimali Koreyanın Milli Müdafiə Komissiyası Amerika və Cənubi Koreyaya sabah Yapon dənizində planlaşdırılan birgə təlimlər keçirilərsə,müharibə elan edəcəyi barədə xəbərdarlıq verib. Pxenyan bildirib ki, dəniz təlimləri onu nüvə fəaliyyətlərindən çəkindirmək mahiyyəti daşıyır. Şimali Koreya ABŞ və Cənubi Koreyanın təlimlərinə həmişə bu kimi təhdidlərlə cavab verir. Bu son hədələr Cənubi Koreya gəmisinin batırılması ilə yaranmış qarşıdurma vaxtına təsadüf edir.
Vyetnamda isə ASEAN ölkələrinin forumunda iştirak edən ABŞ dövlət katibi Hillari Klinton təcrid olunmuş Şimalı Koreyanın təhrikedici kampaniya və təhlükəli davranışa malik olduğunu deyib. Bu həftənin əvvəlində xanım Klinton Şimala qarşı yeni sanksiyaların tətbiq edildiyini bəyan etmişdi.