Accessibility links

Şimali Koreya batırılmış hərbi gəmi barədə danışıqlar aparacaq


Hər iki tərəfin polkovnikləri Koreyanın sərhəd kəndi olan Panmuncomda görüşəcəklər

Seulda ABŞ rəhbərliyi altında Briləşmiş Millətlər Komandanlığı (BMK) bildirib ki, Cənubi Koreyanın batırılmış hərbi gəmisi barədə müzakirə aparmaq üçün sabah Şimali Koreya rəsmiləri ilə görüşəcək. BMK bazar ertəsi öz bəyanatında bildirib ki, hər iki tərəfin polkovnikləri Koreyanın sərhəd kəndi olan Panmuncomda görüşəcəklər. Rəsmilər generallar səviyyəsində danışıqlara hazırlıq görmək üçün görüşəcəklər. Kommunist hökumət Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının (BMTŞ) hadisəni pislədikdən bir neçə gün sonra məsələyə dair görüş təklif edib. BMTŞ hadisədə spesifik olaraq Şimali Koreyanı təqsirləndirməyib. Beynəlxalq təhqiqatçı qrupu belə nəticəyə gəlib ki, Şimali Koreyaya məxsus sualtı qayıq Çeonan hərbi gəmisini batıraraq 46 dənizçinin ölümünə səbə olub.

XS
SM
MD
LG