Accessibility links

Şimali Koreya Cənubu hərbi reaksiya ilə hədələyir


Mart ayında Sarı Dənizdə Şimalın qüvvələri Cənubi Koreyanın hərbi gəmisini torpedo ilə vuraraq batırıblar

Şimali Koreya su hüdüdlarına daxil olduğu təqdirdə Cənubi Koreyaya qarşı hərbi ölçülər götürəcəyi ilə hədələyib. Sarı Dəniz sərhəd xətti iki ölkə arasında başlıca qarşıdurma nöqtəsi olub. Belə ki, mart ayında bu ərazidə Şimalın qüvvələri Cənubi Koreyanın hərbi gəmisini torpedo ilə vuraraq batırıblar. Ötən həftə beynəlxalq ekspertlərdən ibarət təhqiqat heyəti bu qənaəti təsdiq etdi. Rəsmi Pxenyan ittihamları rədd edir. Cənubi Koreya kommunist dövlətin onları hədəf alacağını bəyan etməsinə baxmayaraq səsgücləndiricilərin köməyi ilə Şimali Koreyaya ünvanlanan təbliğat yayımını bərpa edəcəyini bildirib. Cənubi Koreya prezidenti Li Myunq-bak dünən televiziya ilə xalqa müraciətində şimala qarşı sanksiyalar üçün BMT Təhlükəsizik Şurasına müraciət edəcəyini söyləyib. O, habelə bildirib ki, Şimali Koreyanın ticarət gəmilərinə artıq Cənubi Koreya sularında üzməyə icazə verilməyəcək və rəsmi Pxenyanla bütün ticari mübadilələr dondurulacaq.

XS
SM
MD
LG