Accessibility links

Şimali Koreya lideri Çinə beş günlük səfər edib


Cənab Kimi səfərdə onun kiçik oğlu Kim müşayət edib

Çin hökuməti Şimali Koreya lideri Kim Conq İlin Çinə beş günlük səfər etdiyini təsdiqləyib. Bu növ açıqlamalar adətən səfər başa çatdıqdan sonra verilir. Röyterz televiziyasına məxsus kadrlar polis və hərbi zabit heyətinin Çindən Şimali Koreyaya gedən qatarın keçdiyi ərazini təmizlədiklərini göstəriblər. Çin dövlət mediası bu gün məlumat verib ki, ötən cümə günü cənab Kim prezident Hu Cintao ilə görüşüb və tərəflər Pxenyanın nüvə proqramı ilə bağlı beynəlxalq danışıqların bərpasını müzakirə ediblər. İnanılır ki, Cənab Kimi səfərdə onun kiçik oğlu Kim Conq Unun müşayət edib.

XS
SM
MD
LG