Accessibility links

Şimali Koreya raket uçuşuna hazırlıqların başa çatdığını elan etdi


Şimali Koreya raket uçuşu üçün bütün hazırlıqların başa çatdığını elan edib. Beynəlxalq ictimaiyyət isə bu addımı pisləyir.

Şimali Koreyanın fəza proqramının direktor müavini Pxenyanda müxbirlərə bidirib ki, uçuş cümə axşamı başlana bilər. Amerikanın Səsinin müxbiri də daxil olmaqla beynəlxalq jurnalistlər bazar günü uçuş zolağına aparılıblar.

Mətbuat konfransında Ryum Qum Çol peyk uçuşunun nüvə başlıqlı ballistik raket sınağı mahiyyəti daşıdığı haqda deyilənləri inkar edib. O, həmçinin qırıntıların yaşayış ərazilərinə düşəcəyi haqda narahatlıqları cavablandırıb. Kommunist dövlətinin rəsmisi müxbirləri əmin edib ki, qırıntılar Filippin sahillərindən 160 kilometr məsafədə okeana düşəcək.

Birləşmiş Ştatlar Cənubi Koreyanın müdafiəsinə öhdəlik götürdüyünü bəyan edərək Pxenyanın son addımlarını “ciddi provokasiya” adlandırıb.

XS
SM
MD
LG