Accessibility links

Şimali Koreya fəzaya raket göndərməyə hazırlaşır


Şimali Koreya raket obyektinin peykdən çəkilmiş yeni foto-şəkil göstərir ki, orada ciddi hazırlıq işləri gedir. Vaşinqton bunun uzaq-məsafəli raket sınağına hazırlıq olduğunu ehtimal edir.

Cons Hopkins Universitetindəki ABŞ-Koreya İnstitutu dünən bildirib ki, keçən həftənin çərşənbə günü çəkilən fotolar mobil radar daşıyanlar və yanacaq üçün nəzərdə tutulmuş çənlər düzüldüyünü göstərir.

Pxenyan bildirir ki, mərhum lider Kim İl Sanqın 100 illiyi münasibətilə fəzaya göndəriləcək raket orbitə aktiv peyk yerləşdirəcək.

ABŞ, Rusiya, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın hazırlığını tənqid edib.


XS
SM
MD
LG