Star Wars filmi həftə sonu dünyada həftə sonu nümayişindən sonra qlobal ekord vuraraq, 529 miliyon dollar gəlir əldə edib. Buraya hələ Çin bazarı daxil deyil. Çində film yanvarın 9-u kinoteatrlara çıxacaq.
Smitsonian kino teatr və əyləncə mərkəzinin direktoru Zart Bertsç deyir ki, kinosevərlər filmlərə nəhəng İMAX ekranında baxmaq üçün daha çox pul ödəməyə razıdırlar.
Zart Bertsç: “Onlar bu filmi mükəmməl çəkiblər. Film bütün nəsillərin nümayəndələrinə xitab edir. Düşünürəm ki, İMAX və 70 mm. ölçülü filmlər bir birinə oxşardır.
Star Wars filmi ilə yanaşı Jurassic World filmi də bu yay aylarında İMAX və 3D formatında izləyicilərə təqdim olunub. Filmin ilk həftə sonu nümayişindən 525 miliyon dollar əldə ediıib.
Film istehsalçıları böyük qazanc əldə edəcəklərini təxmin etdikdə İMAX və 3D formatda filmlər investisiya qoymaqdan çəkinmir. Məşhur filimlərdən Avengers: Age of Ulton bunlardan biridir. Kinosevərlər döyüş səhnələri olan filmlərə televizorda baxmaqdansa, onlara böyük ekranda tamaşa etməyə üstünlük verir. Avengers filmi dünya ölkələrindən nümayişindən təxminən 1 milyard yarım dollar gəlir əldə edib.
The Hunger Games filminin son versiyası da İMAX və 3D formatında təqdim olunub və rekord səviyyəyə yaxın gəlir gətirib.
Piksar animasiya şirkəti tərəfindən çəkilən The Good Dinosaur and İnside Out cizgi filmi də İMAX və 3D formatında çəkilib və ən gəlirli filmlər arasında olub. Cizgi filmi uşaqlarla yanaşı, böyüklərin də marağına səbəb olub.
Lakin İMAX formatlı bütün filimlər hər zaman müvəffəqiyyətə nail ola bilmir. Ron Hovardın çəkdiyi Heart of The Sea filmi Moby Dick romanının əsasında olan əhvalatdan iliham alıb. Film 1820-ci illərdə Esseks balina ovlayan gəminin batması haqdadır. Tənqidçilər filmi "ruhu olmayan hekayə" adlandıraraq, həyəcan doğuran bir əhvalatın vizual effektlər və texniki detallar arxasında itdiynə bir nümunə olaraq göstəriblər.
Lakin buna baxmayaraq, İMAX və 3D formatlı filmlər böyük, parlaq və maraqlı əhvalatları böyük ekranlara çıxarmağa davam edəcək.