Accessibility links

BVF Rusiya-Ukrayna müharibəsi səbəbindən dünyada iqtisadi artımın yavaşlayacağını proqnozlaşdırır


Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı yaydığı hesabatda bildirir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən dünya iqtisadiyyatı gözləndiyindən daha yavaş inkişaf edəcək.

Təşkilat keçən ilki 6,1 fazilik artımla müqayisədə bu il üçün 3,6 faiz artım proqnozlaşdırır. Daha əvvəlki proqnoza əsasən artımın 4,4 faiz olacağı proqnozlaşdırılmışdı.

BVF-in hesabatında deyilir ki, "müharibənin iqtisadi təsirləri çox geniş şəkildə yayılmaqdadır".

Müharibə ticarətin pozulması, yanacaq və ərzaq qiymətlərinin artması kimi mənfi iqtisadi tendensiyaları daha da gücləndirib.

"Bir neçə həftə ərzində dünya yenidən böyük transformasiya şoku yaşadı", fondun baş iqtisadçısı Pier-Olivier Qourinças "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı hesabatın giriş hissəsində yazıb. "Pandemiyanın səbəb olduğu qlobal iqtisadi çöküşün davamlı bərpasından sonra göründüyü kimi, müharibə əldə olunan son nailiyyətlərin böyük bir hissəsinin silinəcəyi yönündə real perspektiv yaratdı", o əlavə edib.

Digər tərəfdən BVF bu il Rusiya iqtisadiyyatında 8,5%, Ukrayna iqtisadiyyatında isə 35% azalma proqnozlaşdırır.

ABŞ, Çin və Avropada damüharibə nəticəsində iqtisadi yavaşlama gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG