Accessibility links

ABŞ-da mühacirət - Ayrı düşən ailələr


Qanunvericilərin mühacirətlə bağlı islahatlarda ən çətin məsələ qanunun deportasiya olunanların uşaqlarına mənəvi və maddi təsiri olacaq.

Deportasiyalar çox hallarda ailə üzvlərinin ayrılığına səbəb olur. 1d9 yaşlı fələstinli Janna Hakim və onun bacısı Səba anaları Fatin immiqrasiya işçiləri tərəfindən deportasiya olunandan bəri bir-birilərindən ayrı düşüblər. Səba gecə yarı analarının onları səsləyərək, “oyanın, onlar məni aparmağa gəliblər” söylədiyini deyir.

“Mənim bacım onlara yalvarmağa başladı, lakin onlar “onu həbs etməyimiz üçün bizə göstəriş verilib” dedilər” deyə, Janna bildirir.

Səba: “Zabit anamı əmin etməyə çalışırdı, deyirdi qorxma, uşaqların var, səni evə qayıdacaqsan”.

Fatin hazırda İsrailin zəbt etdiyi İordan Çayının Qərb Sahilindəki Ramallah şəhərində yaşayır. O, Amerikaya 1989-cu ildə Belizdən turist vizası ilə gəlmişdi. Lakin İmmiqrasiya məsulları onu geri, vətəndaşı olduğu Belizə göndərib. Məcburi şəkildə amerikalı uşaqlarını tərk edən Fatin psixoloji travma alıb.

Hazırda onun İsrail vətəndaşlığına dair sənədi olmadığı üçün o, Belizə qaytarılmaq qorxusu ilə yaşayır. “Mən başa düşürəm, qanunu pozmaq olmaz. Lakin bəzən istisnalar olmalıdır. O, 20 il ərzində həyatını burada qurduqdan, uşaqlarını burada dünyaya gətirdikdən sonra deportasiya edilib.”

“Anama edilənləri bir yana qoyaq, bəs biz? Biz Amerika vətəndaşları deyilikmi? , Biz burada doğulmamışıqmı? Biz də digərləri kimi eyni hüquqa malik olmamalıyıqmı? Anamı məndən, bacı və qardaşlarımdan ayırmaq ədalətlidirmi?” - deyə, Janna bildirir.

Uşaqların atasının da sənədi yoxdur və o da Amerikada qeyri-qanuni yaşayır. O, əlil olduğu üçün işləyə bilmir. Deməli, Janna və Səba ailənin qayğısına qalmalıdır. Onlar həm məktəbə getməli, həm də işləməlidirlər. Janna ailəyə başçılıq etməyə çalışır. Janna: “Mən onlara ruhdan düşdüyümü göstərməməliyəm. Mənim fikrimcə onlar bunu görməməlidirlər və ümid edirəm görməyəcəklər. Mən həmişə hər şeyin qaydasında olduğunu göstərirəm.”

Bu hadisə onların 16 yaşlı qardaşlarına təsirini göstərib. Məhəmməd gecələr qorxulu yuxular görür, dərslərindən geri qalır.

Uşaqlar anaları ilə Skype vasitəsilə gündəlik həyatlarını bölüşürlər. Janna anasına bu gün valideyn iclası olduğunu, lakin Məhəmmədin iclasa heç kimin getməsini istəmədiyini deyir. Lakin Janna anasını sakitləşdirir və deyir ki, iclasa özü gedəcək.

Anasının Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulmasına baxmayaraq, Janna onun geri dönəməsinə icazə veriləcəyinə ümid edir. Mühacirət islahatlarında dəyişikliklər buna imkan verə bilər.

Bütün bunlarla yanaşı Janna yerli kollecdə oxuyur və daha böyük uğurlar qazanacağını düşünür. “Hazırda mənim bütün arzularım anamla bağlıdır. Mən vəkil olmaq, mühacirləri müdafiə etmək istəyirəm. Mən bunun üçün çalışıram. Mənim arzum yalnız anama deyil, gələcəkdə analarından ayrı düşən uşaqlara, ailələrə yardım etməkdir.”

Hazlrda bu ailəni az da olsa rahatladan yeganı vasitə yeni texnologiya - Skype-dlr.

2012-ci ildə Birləşmiş Ştatlardan 400 000 qeyri-qanuni mühacir deportasiya edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG