Dörd gün boyunca Aralıq dənizindən insanları topladıqdan sonra göyərtəsində 141 immiqrant olan Avropanın xilasedici gəmisi yan almaq üçün təhlükəsiz sahil axtarmağa davam edir.
SOS Mediterranee və "Sərhədsiz Həkimlər" tərəfindən idarə olunan The Aquarius təşkilatı məlumat verib ki, İtaliya və Malta açıq şəkildə gəminin limana yan almasından imtina edib.
Qruplar hər iki hökuməti gəmilərin ən yaxın təhlükəsizlik nöqtəsinə çatmasına imkan verən beynəlxalq dənizçilik qanununu pozmaqda günahlandırır.
SOS Mediterranee təşkilatı bildirib ki, böyük hissəsi Somali və Eritreyadan olan immiqrantlar dənizə çıxmazdan əvvəl Liviyada qeyri-insanı şəraitdə saxlanılıb.
Hər il Böyük Səhraaltı Afrika ölkələri, Suriya və Əfqanıstan kimi ölkələrdən minlərlə adam, müharibə, terror, yoxsulluqdan qaçmaq və daha yaxşı həyat qurmaq üçün Aralıq dənizi vasitəsi ilə Avropa Birliyinə keçməyə çalışır.