Accessibility links

Donald Trampın immiqrasiya ilə bağlı yeni sərəncam imzalayacağı gözlənilir


ABŞ-ın Milli Təhlükəsizlik naziri Con Kelli deyib ki, bu yaxınlarda prezident Donald Tramp yeddi müsəlman ölkəsindən insanların Birləşmiş Ştatlatlara gəlişini qadağan edən qanunun daha “səmərəli versiyasını” təqdim edəcək.

Şənbə günü Almaniyada hər il keçirilən Münhen Təhlükəsizlik Konfransında çıxış edən Kelli səyahət qadağasının yeni versiyasında iş vizaları və ya “qrin kard” adlanan daimi yaşayış icazəsi olan insanlar nəzərə alınacaq.

Prezidentin ilk sərəncamına əsasən İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndən insanların azı 90 günlüyünə ABŞ-a daxil olmalarına qadağa tətbiq olunmuşdu. Bundan əlavə ABŞ-a sığınacaq axtarışında gələn qaçqınların da ölkəyə daxil olmasına 120 günlük qadağa tətbiq olunmuşdu. Suriya qaçqınlarına tətbiq olunan qadağanın müddəti isə qeyri-müəyyən idi.

Qadağanın kəskin bir şəkildə tətbiq olunması ABŞ və xaricdə hava limanlarında böyük xaos və etirazlara səbəb oldu.

Bu ayın əvvəli qadağanı ləğv edən federal hakimlər qadağanın qanunsuz olaraq dini zəmində müsəlmanları hədəf aldığına və heç bir hazırlıq olmadan həyata keçirildiyinə dair qərar verdilər.

ABŞ-ın mətbuat orqanları xəbərdarlıq edir ki, yeni immiqrasiya qanunu çərşənbə axşamı qəbul edilə bilər. Tramp özü də bu həftə ərzində sərəncam verəcəyini təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG