Accessibility links

Rusiya Baxmutun şərq, Ukrayna isə qərb hissəsinə nəzarət edir


Britaniya Müdafiə Nazirliyinin şənbə günü yaydığı kəşfiyyat hesabatına əsasən, Rusiyanın Vaqner Qrupu Ukraynanın Baxmut şəhərinin şərq, Ukrayna qüvvələri ilə qərb hissəsinə nəzarət edir.

Məlumatda deyilir ki, Ukrayna qüvvələri istehkam binalarından atəş açması ilə “bu ərazi öldürmə zonasına çevrilib və bu, çox ehtimal ki, Vaqner qüvvələrinin qərbə doğru hücumunu davam etdirməsini çox çətinləşdirir.”

Ancaq Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qüvvələri və onların qərbə tədarük xətləri Rusiyanın Ukrayna qüvvələrini şimaldan və cənubdan qabaqlamaq təhlükəsi altındadır.

Moskva bildirib ki, Baxmutu ələ keçirmək Rusiya ordusunun Ukraynanın şərqindəki Donbas regionunun bütpvünü ələ keçirməsinə doğru bir addımdır.

Ukrayna paytaxtında Rusiyanın ölkə boyu raket hücumları həyata keçirərək, infrastruktur və enerji təchizatlarına ziyan vurmasından bir gün sonra cümə günü elektrik enerjisi böyük ölçüdə bərpa edilib.

Kyivin hərbi administrasiyasının başçısı Serhii Popko deyib ki, paytaxtda elektrik və su təchizatı bərpa olunub, ancaq şəhər sakinlərinin təxminən 30 faizi hələ də istiliksiz qalıb. O, təmir işlərinin davam etdiyini bildirib.

Ukrayna rəsmiləri deyib ki, cənubda Odesa bölgəsində elektrik tamamilə bərpa olunub və ölkənin ikinci ən böyük şəhəri Xarkivdə evlərin 60 faizində cümə günü elektrik kəsilməsi aradan qaldırılıb.

Ancaq rəsmilər daha geniş Xarkiv bölgəsində, habelə Ukraynanın şimal-qərbində Jitomır regionunda elektrik enerji təchizatına əhəmiyyətli ziyanın hələ də aradan qalırılmadığını deyib.

Rusiyanın raket hücumları cümə axşamı Ukraynada azı altı nəfərin ölümünə səbəb olub və ölkə boyu kritik infrastruktura ziyan vurub.

Bu. Son üç həftədə Ukraynaya ən böyük hücum olun. Ukrayna qüvvələri Rusiyanın atdığı 81 raketdən 34-nü, habelə İran istehsalı olan dörd dronu vurduğunu bildirib. Rusiya həmçinin hipersonik Kinjal qanadlı raketlərdən istifadə edib.

Ard-arda raket atmaq Rusiyanın hərbi taktikası olsa da, bu cür hücumlar payızdan bəri daha az-az həyata keçirilib.

Britaniya Müdafiə Nazirlityi cümə günü bildirib ki, bu cür hücumlar arasında fasilələr çox güman ki, artacaq.

Qərbin dəstəyi

Cümə günü Kyivə gözlənilməyən səfər edən Finlandiya baş naziri Sanna Marin mətbuat konfransı zamanı Rusiyanı müharibə cinayətlərində günahlandırıb və deyib ki, Rusiya liderəri cavabdeh tutulmalıdır.

“Putin bilir ki, bu təcavüz cinayətinə görə cavab verməli olacaq,” Marin deyib.

Rusiya qəsdən mülki vətəndaşları hədəf aldığını və müharibə cinayətləri həyata keçirdiyini inkar edir.

Bundan əlavə cümə günü Ağ Ev Rusiyanı Moldovada iğtişaşlar yaratmaqda ittiham edib.

Ağ Evin Milli Təhlükəzilik Şurasının sözçüsü Con Kirbi deyib ki, ABŞ kəşfiyyatı Rusiya kəşfiyyatı ilə əlaqəsi olan şəxslərin Moldovada Qərb-yönümlü hökuməti devirmək ümidi ilə etirazlar təşkil etməyi planlaşdırdığını göstərir.

“Moldova Avropaya inteqrasiya etməyə davam etdikcə, biz Rusiyanın çox güman ki, paytaxtda daha Rusiya tərəfdarı bir administrasiya görmək ümidi ilə Moldova hökumətini zəiflətməyə çalışdığına inanırıq,” Kirbi deyib.

XS
SM
MD
LG