Accessibility links

Şimali Koreya Yaponiya üzərində ballistik raket atıb


Şimali Koreya Yaponiya üzərindən naməlum balistik raket atıb. Son illərdə misli görünməmiş bu eskalasiya səbəbilə Tokio çərşənbə axşamı ölkənin şimalındakı Hokkaydo və Aomori prefekturalarının sakinlərini evakuasiya edib.

Yaponiya nazirlər kabinetinin baş katibi Hirokazu Matsuno müxbirlərə deyib ki, raket səhər saat 7:22-də havaya buraxılıb və 22 dəqiqə sonra Sakit okeanda Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda suya düşüb.

Cənubi Koreyanın Birgə Qərargahlar rəisi raketin orta-mənzilli balistik raket olduğunu, Şimali Koreyanın şimalında Jaqanq ərazisindən atıldığını və 970 kilometr hündürlükdə 4500 məsafə qət etdiyini deyib.

Çərşənbə günü hökumət başçısı vəzifəsində bir ilini tamamlayan Yaponiyanın baş naziri Fumio Kişida raket buraxılışını kəskin şəkildə pisləyib və bunu "biabırçı" hərəkət adlandırıb.

Müdafiə naziri Yasukazu Hamada daha sonra raketin bir dəqiqə Yaponiya üzərindən uçduğunu və daha öncəki orta-mənzilli raketlərdən daha uzun, təxminən 4600 kilometr məsadfə qət etdiyi və Yapponiyadan 3200 kilometr şərqdə suya düşdüyünü əlavə edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü bəyanatında bildirib ki, raketin Yaponiya ərazisi üzərindən atılması regionda eskalasiya ab-havası yaradır. O bu qərarın “təhlükəli və ehtiyatsız” adlandırıb və Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təhlükəsizlik normalarına “açıq-aşkar etinasızlığını” göstərdiyini deyib.

Şimali Koreya ən son Hwasong-12 IRBM raketini bu ilik yanvar ayının sonunda sınaqdan keçirib. Daha sonra isə dövlət mediası raketin trayektoriyasının qəsdən və “qonşu ölkələrin təhlükəsizliyini nəzərə alaraq” yüksək olduğunu deyib. Onların Yaponiyaya istinad etdiyi güman edilir. Həmin raketin Quama çatmağa qadir olduğu təxmin edilir.

Böyük ehtimalla ən son balistik raket isə ondan daha uzun məsafə qət edə bilir. Pxenyanla ABŞ-ın strateji hərbi dəniz bazasının olduğu Quam arsında təxminən 3400 kilomet məsafə var.

Orta-mənzilli balistik raket Hwasong-13 2017-ci ilin avqust və sentyabr aylarında da sınaqdan keçirilib. O zaman raket Hokkaydo üzərindən uçduğu vaxt Yaponiya sığınacaq çağırışı etmişdi.

Son günlərdə Koreya yarımadasında gərginlik artıb. Belə ki, Pxenyan sentyabrın 25, 28, 29 və oktyabrın 1-də qısa-mənzilli raketlər sınaqdan keçirib. Son 10 gündə keçirilən bu son sınaq isə ABŞ və Cənubi Koreyanın son beş ildə ilk dəfə olaraq nüvə enerjisi ilə işləyən USS Ronald Reagan superdaşıyıcısının iştirakı ilə böyük birgə dəniz təlimi keçirməsindən sonraya təsadüf edib.

Bundan əlavə 2017-ci ildən bəri ilk dəfə Cənubi Koreya sahilinə yaxın Yaponiyanın iştirakı ilə üçtərəfli sualtı qayıq əleyhinə hərbi təlim keçirilib.

XS
SM
MD
LG