Accessibility links

Odesada könüllülərdən ibarət briqada vətəni qorumaq üçün əlindən gələni edir


Odesada könüllülərdən ibarət briqada vətəni qorumaq üçün əlindən gələni edir
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Odesada könüllülərdən ibarət briqada vətəni qorumaq üçün əlindən gələni edir

Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri Rusiyanın zərbləri Odesa şəhərində gündəlik həyatın bir hissəsinə çevrilib. Ancaq aralarında bərbərdən tutmuş polis zabitinə kimi yer alan yerli əhalidən ibarət qətiyyətli bir qrup mübarizə aparmağa davam edir.

Ukraynanın ordu rəsmiləri deyir ki, videoda Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin 126-cı briqadasının sentyabr ayında Rusiya qüvvələrinə atəş açdığı əks olunub.

30 il Ukrayna orudusunda xidmət göstərən təqaüddə olan polkovnik Serhii Petrenko briqadadakı kişi və qadınlara təlim keçir.

Rusiya hərbi müdaxiləyə başladığında Petrenko könüllü olaraq Ukrayanın Ərazi Müdafiə Qüvvələrinə qoşulub.

“Mən peşəkar ordu zabitiyəm və silah əməliyyatları üzrə mühəndis kimi təcrübəm var. İndi təcrübəmi yoldaşlarımla bölüşmək şansım var,” o deyir.

Bu briqada mart ayında yaradılıb və aprel ayında Ukraynanın cənubunda döyüşməyə başlayıb.

“Biz Mikolaiv və Xerson regionlarında ərazilərin azad edilməsinə kömək etdik və əsgərlərimizin hərəkətləri bizim onları yaxşı hazırladığımızı göstərdi,” Ərazi Müdafiə Qüvvələrindən Serhii Petrenko deyib.

Müharibədən əvvəl onlar heç vaxt özlərini əsgər kimi təsəvvür etmirdilər. Mikita bərbər idi, İhor IT sahəsində işləyirdi, Boris isə dülgər idi.

“Mən bunun doğru şey olduğuna qərar verdim, çünki beləcə mən vətənimi müdafiə edə biləcəkdim,” Boris deyib.

“Bu, bizim evimizdir, onlar bura gəliblər, amma bura bizim torpağımızdır və biz getməyəcəyik,” Ərazi Müdafiə Qüvvələrindən Mikita deyir.

“Evdə anam, bacım, bacımın oğlu, sevgilim var. Mən düşmənlərimin evimə gəlib, sevdiklərimi ağlatmasını, bütün bu dəhşətləri görmək istəmirəm. Ona görə də buradayam,” İhor deyir.

Hələlik hərbi təlimlər davam edir. Bu gün müharibədən əvvəl Odesa Polis Akademiyasında professor kimi çalışmış leytenant Oleq Doroninin rəhbərlik etdiyi qumbara atma təlimidir.

“Mən düşünmürdüm ki, bir daha əlimə silah alacam. Amma bu əclaf ruslar – üzr istəyirəm, amma onlar üçün başqa söz tapa bilmirəm – onlar məni məcbur etdi,” Oleq Doronin deyir.

Amma onlar döyüşməyə davam etsələr də, yenidən dinc həyata qayıtmaq barədə düşünürlər.

“Mən bunların bitməsini, oğlanların sağ-salamat evlərinə dönmələrini arzu edirəm. Mən qohumlarımı, uşaqlarımı qucaqlamaq istəyirəm,” Doronin bildirir.

Müharibə başlayandan bəri, bu briqadanın təxminən 60 döyüşçüsü xidmətlərinə görə medal alıb. Ancaq briqada üzvləri deyir ki, onlar köhnə işlərinə və müharibədən öncəki həyatlarına qayıtmaq istəyirlər.

XS
SM
MD
LG