Accessibility links

Sevastopolda Qara dəniz donanmasının qərargahı vurulub


Krımın Sevastopol şəhərində Ukraynanın raket hücumu nəticəsində vurulduğu bildirilən gəmiqayırma zavodundan tüstü qalxır. 13 sentyabr 2023-cü il tarixində çəkilmiş videodan. Mənbə: REUTERS
Krımın Sevastopol şəhərində Ukraynanın raket hücumu nəticəsində vurulduğu bildirilən gəmiqayırma zavodundan tüstü qalxır. 13 sentyabr 2023-cü il tarixində çəkilmiş videodan. Mənbə: REUTERS

İlhaq edilmiş Sevastopolda Qara Dəniz Donanmasının qərargahının binası sentyabrın 22-də raket zərbəsinə məruz qalıb. Şəhərin Rusiya tərəfindən təyin edilmiş meri Mixail Razvozjayev bildirib ki, hücumun arxasında Ukrayna Silahlı Qüvvələri dayanıb. O, zərbənin nəticələrini əks etdirən video və fotolar çəkməməyə çağırıb və hadisə yerinə təcili yardım xidmətinin gəldiyini bildirib. Hələ ki, itkilər barədə məlumat yoxdur.

"Lunaçarski teatrının yaxınlığında bir parça düşüb. Əgər belə elementlər tapsanız, yaxınlaşmayın, 112-yə zəng edin" – deyə, şəhərin rusiyalı "rəhbəri" yazıb.

Rusiya Müdafiə Nazirliyi zərbə zamanı bir əsgərin həlak olduğunu bildirib.

Lunaçarski Teatrı Qara Dəniz Donanmasının qərargahından təxminən 200 metr aralıda yerləşir. "Krım.Realiy"in müxbirinin verdiyi məlumata görə, pəncərələrdəki şüşələrin titrəməsinə səbəb olan üç güclü partlayış səsi eşidilib. Şəhərin cənub hissəsi üzərində də raketin uçuşu eşidilib. Hazırda şəhərin üzərində qara tüstü görünür və təcili yardım maşınları zərbənin baş verdiyi yerə axışır. Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb.

Bir neçə saat əvvəl Rusiya Müdafiə Nazirliyi ilhaq edilmiş Krımda hücum cəhdinin qeydə alındığını bildirib. Rusiya hava hücumundan müdafiə sistemlərinin bir Ukrayna idarə olunan raketini və iki təyyarə tipli PUA-nı vurduğu iddia edilir.

Rusiyanın Ukraynanın Donetsk şəhərinin qərbində, Ukraynanın şərq cəbhəsinə yaxın bir qəsəbəsinə hücumu nəticəsində 13 nəfər yaralanıb. Bu barədə yerli rəsmi cümə günü səhər saatlarında məlumat verib.

Kuraxove şəhərinin inzibati rəhbəri Roman Padun, Suspilne ictimai yayımına bildirib ki, şəhərə iki hava hücumu yanğına səbəb olub.

Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gündəlik kəşfiyyat məlumatında cümə günü bildirib ki, Rusiya və Ukrayna son vaxtlar "qeyri-adi intensiv" hücumları "öz xətlərinin arxasında" həyata keçirib. Nazirlik bildirib ki, son dörd gündə Rusiyanın Krımda, Rusiyanın Krasnodar bölgəsində və Moskva yaxınlığındakı logistika obyektlərində, aviabazalarında və komanda məntəqələrində partlayışlar olub.

Nazirlik həmçinin bildirib ki, Rusiyanın Qara dəniz donanmasının yenidən "ağır şəkildə hədəfə alınması" ehtimalı "yüksəkdir". Çkalovski aviabazasındakı partlayışlar xüsusilə həssasdır, hesabatda deyilir, çünki orada rusiyalı VIP-lərin istifadə etdiyi xüsusi hərbi təyyarələr yerləşir.

Bu yer həmçinin elektron kəşfiyyat toplama missiyalarını həyata keçirən Coot (Kut) xüsusi missiya təyyarələrinə ev sahibliyi edir.

Forum

XS
SM
MD
LG