Accessibility links

Canlı təbiəti qeydə almağa kömək edən telefon proqramı [Video]


Canlı təbiəti qeydə almağa kömək edən telefon proqramı
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Canlı təbiəti qeydə almağa kömək edən telefon proqramı

Arlinqton ərazisində meşə və çayları əhatə edən bütöv gün uzunluğunda foto safari.

Ekspertlər və könüllülər Vaşinqtonun ətrafında həyat müxtəlifliyini bu yolla sənədləşdirirlər.

“Burada cütlük tapmışıq. Bu şimal su ilanıdır. Bu isə Amerika ilan balığıdır.”

Alonso Abuqattas Arlinqton qraflığının təbii ehtiyatlar meneceridir. Onun vəzifəsi buranın təbiətini qorumaq və inkişaf etdirməkdir.

“Hamı bilir ki, əgər nəyisə qorumaq istəyirsənsə, sən ilk növbədə nəyə malik olduğunu bilməlisən.”

Bu qrup öz müşahidələrini qeyd etmək üçün iNaturalist adlı telefon proqramından istifadə edirlər. Abuqattas deyir ki, bu şəkilləri İnternetə yerləşdirərək, tapdıqlarının nə olduqlarını müəyyən edə biləcəklər.

“Mən yaxşı bir foto çəkib, sonra isə o fotonu və fotoda nə təsvir edildiyi haqqında fikrimi İnternetdə paylaşıram. İnsanlar isə mənim doğru və ya yanlış olduğunu deyirlər.”

iNaturalist proqramı fotonun harada və nə zaman çəkildiyini qeydə alır.

Bununla da Abuqattas kimi ekspertlər bitki və canlıların harada yaşadığını, onların vaxt ilə necə dəyişiklərini ətraflı təsvir edən xəritə hazılaya bilərlər.

“Əvvəllər olan canlılar hələ də buradadırmı? Burada əvvəllər olmayan yeni canlılar peyda olubmu? Bu cür suallara cavablar işimizi dəyərləndirməyə kömək edir.”

Və bu yalnız Arlinqtonda deyil, hər yerdə əhəmiyyətlidir. Dünyada vəhşi həyat müxtəlifliyi təhlükə altındadır. Bu sözləri iNaturalist proqramının həm-direktoru Skot Lori deyir:

“Bəzi növlərin nəsli gözlənilməz sürətlə kəsilir və biz yalnız indi həmin növlərin ümumi ekosistemə, bizim qidalanmağımıza, sağlamlığımıza təsirini öyrənməyə başlamışıq.”

Lori deyir ki, iNaturalist vasitəsilə elmlə maraqlanan insanlar peşəkar alimlərə məlumat toplmaqda yardımçı olurlar.

Dünyanın hər nöqtəsindən olan minlərlə iNaturalist istifadəçiləri indiyədək 4 milyon yarıma qədər müşahidə daxil ediblər.

Məsələn, bu müşahidələr nəticəsində toplanan məlumatlar Ebola virusunun daşıyıcısı olan yarasaları araşdırmağa kömək edib.

Arlinqtonda isə bu proqramın istifadəçiləri 450-dən çox növ haqqında məlumat daxil ediblər.

“Siz gözünüzü açıb, təbiətə diqqətlə nəzər salsanız, mütləq qeyri-adi şeylərin şahidi olacaqsınız.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG