Accessibility links

Hindistanda qadınlara turşü hücumu geniş yayılıb


ت
ت

Hindistan dünya boyu qadınlara qarşı zorakılıqların həyata keçirildiyi ölkələrdəndir ki, burada ən çox turşu ilə hücumlar edilir. Ölkənin şimalındakı Aqra şəhərindəki kafedə turşu hücumu qurbalarına yeni ümidlər verilir.

Turşu hücumlarına məruz qalanların gəldiyi "Şerois" kafesi fəaliyyətə bir il əvvəl başlayıb. Kafenin ən gənc işçisi 15 yaşlı Dolli Kumaridir. Təklifini qəbul etmədiyi üçün 20 yaş özündən böyük bir şəxsin onun üzünə turşu atmasından sonra Dolli küçəyə çıxmağa cəsarət etmirdi. “Mən üzümü tamamilə bağlayırdım, hətta gözlərimi belə.”

Son bir ildə yüzlərlə müştəri ilə görüşən Dolli cəsarətləndi və üzünü açdı. O, yenidən məktəbə getmək istədiyini deyir. “İndi artıq mən özümü ələ almışam. İndi mən daha cəsarətliyəm, çünki mənim də həyatım var.”

Yeni Dehlidə yerləşən “Turşu hücumlarını dayandırın” adlı qeyri-hökumət təşkilatı bu kafeni Dolli kimi turşu hucumuna məruz qalanları iş yerləri ilə təmin etmək məqsədilə açıb. Buradakı insanların əksəriyyəti daxili və əmlak mübahisələri, ya da evlilik təklifini qəbul etməmək səbəbindən hücumlara məruz qalanlardır.

Qrupun təsisçilərindən biri Alok Diksit bu insanların aldıqları xəsarətin ağrılarından çox mənəvi xəsarət səbəbindən əzab çəkdiklərini deyir. “Biz buna son qoymaq istəyirik. Sizin üzünüz hələ sizin həyatınız demək deyil və siz üzünüzə görə həyatınızı məhv edə bilməzsiniz.”

Qrupun bu mesajını artıq "Şerois" kafesinə gələn təxminən 10 min insan alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG