Hindistanın Ali Məhkəməsi qeyri-adi bir qərar qəbul edib: turşu hücumuna məruz qalan 5 qadın və 1 transgender məhkəmədə işlə təmin edilsin. Belə bir qərarla Dehli məhkəməsi Hindistanda bu kimi məsələlərlə bağlı qərarların sürətləndirilməsinə təkan verməyə çalışıb.
Uzun zamandır ədalətin bərpası uğrunda mübarizə aparan bu 5 nəfər Dehli Ali Məhkəməsində iş verildiyi üçün razıdır.
Mamta turşu hucumuna əri tərəfindən məruz qalıb. O, bir də dünya üzünə çıxacağına inanmırdı. “Mənim işim Patiala məhkəməsinə, Gita Mital xanıma çatdı. O bizim nə qədər ağrı çəkdiyimizi və ədalətsiliklə üzləşdiyimizi anladı. Bizi bu işlə təmin etməklə o bizim yaralarımıza məlhəm qoymuş oldu.”
Ərindən boşanmış Nəsrin özü və iki qızı üçün yeni həyata başlayarkən əri onun üzünə turşu atıb. Turşu onun yalnlz üzünü deyil, arzularını da puç edib. Səkkiz dəfə əməliyyat olunmasına baxmayaraq, onun geri, həyata dönməyə cəsarəti olmayıb. Lakin Dehlinin Ali Məhkəməsindəki yeni işi onun yenidən həyata başlamasına bir imkandır. “Mən əlil bir insan kimi yaşamaq istəmirəm. Mən əlimdə olan imkanlardan istifadə etmək istəyirəm. Mənim hər iki qızım məhkəmənin bu qərarından qürur duyur.”
Sapna turşu yanığını arxada qoyaraq, yeni həyata başlamaq qərarına gəlib. “Turşu hücumu yalnız qızın özünü yandırmır, onuin ailəsinin də əzabına səbəb olur.”
Transgender Babli hamıdan uşaq kimi qaçardı. İndi isə o özünü lazımlı hiss edir və məhkəmədə digərlərinə yardım edir. “İndi insanlar məni özləri ilə bir yerdə yeməyə dəvət edir. Əvvəllər isə heç kəs avtobusda belə mənimlə yanaşı oturmaq istəməzdi.”
Bu qurbanlara pulla təzminat verilib, lakin bu kifayət deyil. Onların inamlarını onlara olan hörməti qaytarmağa yardım edilməlidir.
Dehlinin Ali Məhkəməsi digər hökumət idarələrinin də eyni addımı atacağına, bu insanların ağrılarının azalması və irəliyə addım atmasına yardım edəcəyinə ümid edir.