Accessibility links

Çin prezidenti münasibətlərin pisləşməsi fonunda Hindistanda Böyük 20-lərin sammitində iştirak etməyəcək


Çin prezidenti Şi Tsinpin ikitərəfli münasibətlərin soyuq olması səbəbindən çox guman ki, bu həftə Hindistanda keçiriləcək Böyük 20-lərin (G-20) sammitində iştirak etməyəcək.

Xarici İşlər Nazirliyi bazar ertəsi saytında açıqladığı bir cümləlik məlumatında bildirib ki, onun əvəzinə sentyabrın 9-10-u tarixlərində keçiriləcək toplantıda Çini baş nazir Li Tsian təmsil edəcək.

Çin və Hindistan arasında münasibətlər mübahisəli sərhədlə əlaqədar soyuqdur. Üç il əvvəl gərginlik Ladax bölgəsində 20 Hindistan və 4 Çin əsgərinin ölümü ilə nəticələnən toqquşmaya səbəb olub. Bu, hər iki tərəfin artilleriya, tank və döyüş təyyarələri ilə dəstəklənən on minlərlə əsgərini yerləşdirdiyi sərt dağlıq ərazidə uzun bir qarşıdurmaya çevrilib.

Gərginlik həm də ticarət və Hindistanın Çinin əsas rəqibi olan ABŞ-la strateji əlaqələrinin artması ilə bağlı daha da artıb. Hindistan Çinin, Çin Hindistanın jurnalistlərini ölkələrindən çıxarıb.

Hindistan bu yaxınlarda dünyanın ən çox əhalisi olan ölkəsi olaraq Çini geridə qoyub və hər ikisi texnologiya, kosmik tədqiqatlar və qlobal ticarət sahələrində rəqabət aparır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Şi Tsinpinin nəyə görə sammitdə iştirak etməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.

"G-20 beynəlxalq iqtisadi əməkdaşlıq üçün böyük forumdur. Çin həmişə müvafiq fəaliyyətlərə böyük əhəmiyyət verib və fəal iştirak edib", Mao gündəlik brifinqdə jurnalistlərə deyib.

"Baş nazir Li Tsian Çinin G-20 əməkdaşlığına dair fikirlərini və təkliflərini ətraflı şəkildə izah edəcək, həmrəylik və əməkdaşlığı gücləndirmək üçün G-20-ni təşviq edəcək, qlobal iqtisadi və inkişaf problemlərini həll etmək üçün birlikdə çalışacaq" - deyə, o bildirib.

Onun sözlərinə görə, Çin "Böyük iyirmilik" sammitinin uğurunu birgə təşviq etmək və "dünya iqtisadiyyatının sabit bərpasına və davamlı inkişafına müsbət töhfələr vermək" üçün bütün tərəflərlə işləməyə hazırdır.

Forum

XS
SM
MD
LG