Accessibility links

Hindistanda qadın zorakılığına qarşı etirazlar davam edir [Video]


Hindistanda qadın zorakılıqlarına qarşı etirazlar
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Dehli şəhərind' yüzə yaxın gənc qadınlara qarşı cinsi zorakılıqlara etiraz olaraq küçəyə çıxıb. “Wake up New Delhi and rise up against violence” - onlar “Dehli zorakılığa qarşı ayağa qalx”-deyə, rəqs edirlər.

Bu aksiya “Bir Milyard Qalxır” adlı hərəkatın bir hissəsi olaraq, qadınlara qarşı basqılara diqqətləri cəlb etməyə çalışır. Facebook-da etiraz aksiyasına çağırışları görən 25 yaşlı modelyer Şruti Sinqh Hindistanda qadına münasibətə qarşı aksiyada iştirak etmək qərarına gəlir. “Biz dəyişmək bilməyən, min illərdir davam edən patriarxal sistemi bir gecədə, bir aksiya keçirməklə dəyişə bilmərik. Bu, inqilabın başlanğıcıdır, bu qadına qarşı zülmlə mübarizənin başlanğıcıdır.”

Keçən il, dekabr ayının 16-da işgəncə verilərək, cinsi zorakılığa məruz qalmış, aldığı yaralardan dünyasını dəyişən gənc bir qadının hekayəsi böyük rezonans doğurmuşdu. Həmin hadisədən dərhal sonra minlərlə insan qadınların təhlükəsizliyinin qorumnası tələbi ilə küçələrə çıxdı. İki ay sonra yenidən, Sakşi Bhalla kimi gənc rəqqasələr qadınlara qarşı zorakılıqların qarşısının alınması çağırışlarının ictimaiyyətin nəzərindən silinməməsinə çalışıb. “Biz məsələni elə bir nöqtəyə çatdırmaq istəyirik ki, bir daha heç kim Dehlini zorakılıq şəhəri adlandıra bilməsin. Mənim fikrimcə hər kəs səsini ucaltmalı və şəhərimizin təhlükəsizliyindən əmin olmalıdır.”

Burada təkcə gənc qızlar iştirak etmir. İkinci kurs tələbəsi Məhəmməd Daniş qadınların hüquqlarının qorunmasının hər kəsi narahat etməli olduğunu deyir.
“Biz qadın deyəndə iki birinci evdəki ana və bacılarımızı düşünürük, cinsi zorakılıq deyəndə də ağlımıza yenə də ailəmiz, ana və bacılarımız gəlir.”

Cinsi zorakılıqda əli olmaqda şübhəli bilinən 6 nəfərdən ibarət qrupundakı 5 nəfərin məhkəməsi davam edir. Bir çoxları məsələnin parlamentdə qaldırılmasına çalışır.

Qanunvericilər qadınlara qarşı zorakılıqlar barədə cinayət məcəlləsini yenidən müzakirə etməlidirlər. İnsan haqları qrupları qanunvericilərin həyat yoldaşları tərəfindən zorlanma, polis özbaşınalığı, müdafiə deyil, cəzalandırmalara daha artıq diqqət yetirdiklərindən şikayətlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG