Accessibility links

Hindistanın şimal-şərq bölgəsindəki musson yağışları on minlərlə insanı təsirinə məruz qoyub


Musson yağışlarının güclü sellərə səbəb olması Hindistanın şimal-şərqındəki Assam əyalətinin Dibrugarh şəhərində minlərlə insanı təsirinə məruz qoyub.

Dibrugarh rəsmiləri şəhərin ətrafındakı bir neçə kəndin demək olar ki, suyun altında qaldığını və bu səbəbdən 10 minə qədər insanın əziyyət çəkdiyini bildirib.

Musson yağışları çaylarda suların daşmasına səbəb olub və son üç ayda 25 nəfərin həyatına son qoyub.

Daşqınlardan əlavə, güclü yağışların əkinçiliyə güclü zərər verdiyi deyilir və çirkli suların xəstəliklərə səbəb olmasından ehtiyat edilir.

XS
SM
MD
LG