Hindistan rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Himalay dağlarında yağan güclü yağışlar son iki gündə azı 41 nəfərin həyatına son qoyub.
Himaçal-Pradeş ştatında leysan yağışların səbəb olduğu yer sürüşmələri dindarların sıx olduğu məbəd də daxil olmaqla, bir sıra evi dağıdıb.
Bir çox məktəbdə dərslər ləğv edilib, bəzi sakinlər sığınacaqlara təxliyə edilib.
Vilayətin baş naziri Sukxvinder Sinqh "X" kimi tanınan Twitter mesajlaşma platformasında "Son 48 saat ərzində davamlı yağışlarla Himaçal Pradeşdə yenə faciə baş verib" yazıb.
Forum