Accessibility links

Hindistan Kəşmirində hərbi posta hücum zamanı 5 nəfər ölüb


Cümə axşamı mübahisəli Kəşmir bölgəsində silahlılar Hindistan ordusunun postuna hücum edib və üç əsgəri öldürüb. Hindistanın müstəqillik günü ərəfəsində gücləndirilmiş təhlükəsizlik şəraitində baş verən atışma zamanı iki hücumçu ölüb.

Ordu rəsmisinin Reuters xəbər agentliyinə bildirdiyinə görə, Hindistanın müsəlmanların çoxluq təşkil etdiyi yeganə Racuri bölgəsindəki hücum səhər saatlarında baş verib. Daha sonra təhlükəsizlik qüvvələri axtarış əməliyyatı keçirdiyi üçün postun ətrafındakı ərazi mühasirəyə alınıb.

“Hücum zamanı 3 əsgər öldürülüb, 2 əsgər yaralanıb. Lakin qoşunlar cavab atəşi açaraq, iki militantı öldürüb” - deyə, media ilə danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən rəsmi bildirib.

Hücum iki əlamətdar tarix arasında - Hindistan hökuməti tərəfindən Kəşmirin konstitusiya muxtariyyətinin ləğv edilməsinin üçüncü ildönümündən bir neçə gün sonra və Hindistanın Britaniya müstəmləkəsindən azad olmasının 75-ci ildönümünü qeyd etməyə hazırlaşdığı vaxt baş verib.

Bir çox kəşmirli xüsusi muxtariyyətin ləğvini Hindistanın millətçi hindu hökuməti tərəfindən müsəlmanların hüquqlarının pozulmasında növbəti addım kimi görür. Hökumət bunu rədd edir və bunun ölkənin qalan hissəsinə yaxınlaşdırmaqla regionun inkişafına yardım edəcəyini deyib.

Himalay 1947-ci ildə müstəmləkəçiliyin sona çatmasından bəri Hindistan və qonşu Pakistan arasında mübahisəli bölgəyə çevrilib. Hər iki ölkə onun tam nəzarətinə iddia etsə də, lakin qismən idarə edir.

Hindistan əhalinin sıx məskunlaşdığı Kəşmir vadisini və Cammu şəhəri ətrafında hinduların çoxluq təşkil etdiyi bölgəni, Pakistan qərbdə kiçik bir əraziyə, onun müttəfiqi Çin əsasən şimalındakı Ladax bölgəsinə, buddistlərin sıx məskunlaşdığı yüksək dağlıq əraziyə nəzarət edir.

XS
SM
MD
LG