Accessibility links

"İndianapolis-500" avtomobil yarışlarının qalibi yaponiyalı Takuma Sato oldu


"İndianapolis-500" yarışlarının qalibi ilk dəfə olaraq yaponiyalı iştirakçı Takuma Sato olub. Yarışlarda start zamanı ən öndə olan sürüçü ağır qəzaya uğrayıb.

Birləşmiş Ştatların orta-qərb ştatı olan İndianapolisdə keçirilən 101-ci avtomobil yarışı zamanı Sato 3 dəfə qalib olan braziliyalı sürücü Elio Kastronevesini 200-cü çevrədə 0.2 saniyə geridə qoyub.

Takuma Satonun bu qələbəsi "İndianapolis-500" yarışlarının son raudunda şotlandiyalı çempion Dario Françittiyə məğlub olmasından 5 il sonraya təsadüf edir.

2008-ci ildə 500-ün qalibi Yeni Zenlandiyadan olan Skot Dikson isə britaniyalı Cey Hovardla toqquşaraq ağır qəzaya uğramışdı.

Skot Diksonun avtomobili uçaraq, yan təhlükəsizlik divarına dəydikdən sonra yanmağa başlayıb. Hovardın da Dikson kimi avtomobildən sağ çıxması möcüzə olub.

Yarışlarda 3-cü yeri 22 yaşlı britaniyalı Ed Cones tutub. Keçən ilin qalibi, Birləşmiş Ştatlardan olan Aleksandr Rossi isə bu il 7-ci olub.

XS
SM
MD
LG