Accessibility links

İndoneziyada güclü zəlzələ baş verib


İndoneziyanın Lombok adasındakı Rinjani dağında bazar günü baş verən güclü zəlzələnin səbəb olduğu sürüşməyə görə dağda ilişib qalan turist və bələdçilərinin axtarış-xilasetmə əməliyyatları bazar ertəsi davam etdirilib.

Rinjani Milli Parkının sədri bildirib ki, İndoneziyanın ikinci ən hündür dağda əksəriyyəti xarici turist olmaqla 500 nəfərə yaxın insan ilişib qalıb.

Zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb. 162 nəfər isə yaralanıb.

Xüsusilə şərqi Lombok bölgəsindəki evlər olmaqla, minlərlə yaşayış binasına ciddi zərər dəyib.

Rəsmilər bildirirlər ki, regionda ən azı 124 zəlzələ baş versə də sunami təhlükəsi gözlənilmir.

XS
SM
MD
LG