Qeyri-hökumət koalisiya təşkilatları Cakarta polisinin bu həftənin əvvəlində gecə klubunda həbs etdiyi 141 nəfər homoseksuala qarşı zorakılığını tənqid edib.
Qrupların çərşənbə axşamı açıqladığı birgə bəyənatda polis zabitlərinin həbs etdikləri insanları polis məntəqəsinə alçaldıcı şəkildə çılpaq gətirərək, şəkillərini çəkdikləri və sosial mediada yaydıqları deyilib. Polis bu ittihamları rədd edib.
Əhalisinin çoxu müsəlmanlardan ibarət olan İndoneziyada Açeh vilayəti istisna olmaqla, homoseksuallara qarşı cinayət qanunu olmasa da, fəallar son 18 ayda ölkədə homofobiya əhvali-ruhiyyəsinin artdığını deyir.
Açeh vilayətində şəriət məhkəməsinin qərarı ilə homoseksual əlaqədə olan iki nəfərə hər çərşənbə axşamı 83 şallaq vurulur.