Accessibility links

İndoneziya YouTube saytında qalmaqallı filmin qarşısının alınmasına çalışır


Kommunikasiya naziri tələbin təmin olunacağına inandığını deyib

İslam əleyhinə ziddiyyətli filmin Liviyada və Qahirədə etirazlara səbəb olmasından sonra dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya filmə qadağa qoymaq üçün YouTube şirkətinə müraciət edib.

ABŞ-da istehsal edilmiş “Müsəlmanların məsumiyyəti” adlı filmin yaratdığı reaksiya Birləşmiş Ştatların Liviyada səfirinin ölümü və Misirdə zorakı etirazların əsas səbəbi kimi göstərilir.

İndoneziyanın Kommunikasiya naziri Tifatul Sembirinq Amerikanın səsinə müsahibədə YouTube və Google şirkətlərindən filmin qarşısının alınması tələbilə müracitə etdiyini deyib.

Kommunikasiya naziri tələbin təmin olunacağına inandığını deyib. Onun sözlərinə görə, islam əleyhinə 14 dəqiqəlik videonun göstərilməsinin qarşısını almaq gərginliyin azaldılması üçün lazımdır.

YouTube bu yaxınlarda Cakarta qubernatoru ilə bağlı bəzi indoneziyalıların kafirlik kimi qəbul etdiyi video süjetin baxışının qarşısını almağa razı olub.

İndoneziya hökuməti bu son illər Cəmaa İslamiyyə kimi islamçı yaraqlı qruplara qarşı mübarizə aparıb. 2002-ci ildə Balidə terror hücumunun arxasında məhz bu qrup dayanmışdı. Lakin bununla belə ölkədə hələ də kiçik radikal qruplar qalmaqdadır.

Keçən həftə polis paytaxt Cakartada partlayışdan sonra bir evdə partlayıcılar və bomba hazırlanmasında istifadə edilən müxtəlif xarakterli maddələr aşkar etmişdir.

Bu həftə 11 sentyabr hadisələrini bayram etmək üçün 100-ə yaxın islamçı ekstremist Çakartada ABŞ səfirliyinin qarşısına taoplaşmışdı.

Indoneziya 200 milyonluq əhalisinin 90 faizi müsəlmanlardan ibarətdir. Onların çoxu mötədil müsəlmanlar hesab edilir.

YouTube saytı çərşənbə günü videonun Liviya və Misirdə göstəriləməsinin qarşısını almışdır. Şirkət açıqladığı bəyanatda videonun vebsaytın prinsiplərinə zidd olmadığını, lakin Liviya və Misirdə vəziyyət nəzərə alaraq, onun göstərilməsinin müvəqqəti olaraq qarşısının alındığını bildirib.

Cümə axşamı gününə qədər Cakartada videonun göstərilməsinin qarşısı alınmamışdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG