Accessibility links

İndoneziyada yeni qanun layihəsinə etirazlar artmaqdadır


İndoneziya polisi xəyanətin cəzalandırılmasını nəzərdə tutan yeni cinayət məcəlləsi və korrupsiyaya dair qanunlara yenidən baxılması ilə əlaqədar çərşənbə axşamı küçələrə çıxaraq etiraz edən on minlərlə tələbəni dağıtmaq üçün su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.

Etiraz edənlərin əksəriyyəti adətən məktəbləri və ya universitetlərinin rəngli gödəkçələrini geyinən tələbələr olub.

Prezident Coko Vidodo cümə günü Hollandiyanın müstəmləkəsi dövrünə aid qanunlar toplusunu əvəz edəcək yeni cinayət məcəlləsi ilə bağlı parlamentdə səsvermənin təxirə salınması haqda göstəriş verib. Prezident yeni parlamentin gələn ay qanun layihəsini müzakirə edəcəyini bildirib.

Kodeksdə edilən dəyişikliklərə həmçinin nikahdankənar cinsi əlaqə, prezidentin ləyaqətinin təhqir edilməsi ilə bağlı cərimələr, tibbi zərurət və təcavüz olmadıqda edilmiş aborta görə dörd illik həbs cəzası və cadugərliklə məşğul olanlara həbs cəzası daxildir.

XS
SM
MD
LG