Accessibility links

İndoneziya təyyarəsində sağ qalan olmayıb


İndoneziya rəsmilərinin bildirdiyinə görə, bazar günü ölkənin şərqində baş verən təyyarə qəzasında sağ qalan olmayıb.

Axtarış dəstələri qəzadan sonra, bu gün ilk dəfə Papua vilayətində qəzaya uğrayan Triqana Air-267 təyyarəsinin tamamilə sıradan çıxdığını bildirib.

Daxilində 54 sərnişin olan, Triqana Hava Yollarına məxsus 267 nömrəli uçuşla Oksibil şəhərinə hərəkət edən təyyarə ilə təmas o, Papuanın paytaxtı Cayapuradakı Sentani hava limanından havaya qalxdıqdan yarım saat sonra itib.

Hökumət öz hesabından ayırdığı 470 min dollarlıq vəsaitin təyyarə heyəti və imkansız sərnişinlərin ailələrinə paylanacağını bildirib.

Prezident Yoko Vidodo müxbirlərlə görüşü zamanı deyib ki, o, gələcək qəzaların qarşısının alınması üçün Nəqliyyat Nazirliyinə aviasiya təhlükəsizliyinin artırılması ilə bağlı göstəriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG